Qubadlı RİH -nin başçısı Malik İsaqov köçkünlər üçün heç nə etmir - Qubadlı köçkünləri narazılıq edirlər İDDİA
31-08-2018, 16:21

Bu gün Qubadlının işğal günüdür. Qubadlının İcra başçısı Malik İsaqov bu günü qeyd etməyi yaxşı ki unudmayıb.
Qubadlıdan olan köçkünlər Teref.az-a müraciət edərək belə yazırlar..
"Hörmətli redaksiya Qubadlı İcra başçısı deyəsən yox...həqiqətən ildə 1 gün işləyir. O da şəkil çəkdirmək üçün. Başqa günlər Malik müəllimi çətin tapasınız.Çünki başı qarışıb öz biznesinə. Sağ olsun cənab prezident, rayon üçün hır il pul ayırı, Malik müəllimdə o pulların hesabına biznesini qurub işlərinə rəvac verir.Biz qaçqınlarla isə maraqlanan yoxdur. Quru hesabat üçün güya əhali ilə görüşləri olur.Amma bu görüşlərdə biz Qubadlı sakinlərindən başqa kimi istəsən tapa bilərsən.Təki orda köçkünlərin sözünü deyən olmasın, Malik müəllimin səhvlərini ortaya çıxardmasınıar. Biz qaçqınların isə vəziyyəti acınacaqlıdır.
Onuda bildirmək istəyirik ki, Qubadlı rayonundan olan köçkünlərin böyük əksəriyyəti Sumqayıt rayonun da məskunlaşıblar. Onsuzda erməni faşistləri bizə vurduqları yaranı sağalda bilmirik, bu tərəfdəndə Qubadı RİH-nin diqqətsizliyi bizi lap pis vəziyyətə salıt.
Biz Qubadlı köçkünləri bizim üçün ayrılan pullardan heç 1 qəpik belə görmürük. Bu pulların hara getdiyindəndə xəbərimiz yoxdur."
Teref.az-a yazan Qubadlı köçkünləri Sumqayıtda onların problemlərinin çarəsinə baxanın olmadığından şikayətlənirlər.Onlar bu şikayətlərinin cənab prezidentə çatdırılmasını xahiş edirlər.
Teref.az olaraq Qubadlı RİH-i ilə əlaqə saxlamaq istəsək də buna müyəssər ola bilmədik.
P.S. Malik İsaqov 2001-ci ildən dəyişmədən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!