Saatlı rayonunun sabiq təhsil şöbəsinin müdiri nə vaxta qədər gizlənəcək - Şamil Nurəliyev hara qaçıb

29-09-2015, 17:41           
Saatlı rayonunun sabiq təhsil şöbəsinin müdiri nə vaxta qədər gizlənəcək - Şamil Nurəliyev hara qaçıb
Saatlı rayon təhsilinin yaxası gec də olsa, sabiq müdir Şamil Nurəliyevin əlindən qurtula bildi. Bu vaxta qədər insanları aldadarq, özünü guya yüksək vəzifəli şəxslərin qohumu kimi tanıdan sabiq müdirin nəhayət ki, iç üzü açıldı və o, ifşa olundu. Təəccüblüdür ki, şamil Nurəliyev 15 ildir ki, Maliyyə Nazirliyinin kuru adlı yoxlamasını da bu yolla aldadarq rayonun büdcəsinin talan olunmasını ört-basdır etməyi bacarmışdı.

Deyirlər ki, yalanın da bir sonu olur. Axır ki, Ş.Nurəliyevin də yalanlarının üstünün açılan vaxtı oldu. İndi bizi maraqlandıran odur ki, Maliyyə Nazirliyinin kuru adlı yoxlamasının Saatlı təhsilindəki saxtakarlıqları, dövlət büdcəsindən mənimsəmələri ört-basdır etməsinin sonu necə olacaq? Axı, bu təşkilatın bu vaxta qədər Saatlı rayonunun təhsil sistemində apardığı “yoxlamaların” acısını hələ də məktəb direktorları çəkirlər. Saatlı rayonundakı məktəb direktorlarının 70 faizi bu gün də kurunun “yoxlamasının” nəticəsi olaraq rayondakı banklara kredit ödəyirlər.Yəni doğurdanmı, kurunun nümayəndələri rayon müəllimlərinin adına yazılmış saxta ezamiyyələri görmədi? Yəni doğurdanmı kurunun nümayəndələri rus dili müəliməsinin adına 72 saat ingilis dili dərsinin yazılmasını bilmədi?

DİA.AZ bildirir ki, bütün bunlar arxada qaldı. Mərhum qayınatası Sarkisin qohumlarından gen-bol istifadə edən sabiq şöbə müdiri bəs indi haradadır? Ş.Nurəliyev vəzifəsindən azad olunan gecə rayondan qaçıb. O, mobil nömrələrini də söndürərək aradan çıxıb. Bəs buna səbəb nədir? Sən demə, Saatlı rayonunda elə bir adam qalmayıb ki, Ş.Nurəliyev müxtəlif yollarla onlardan pul almamış olsun. Birini müəllim, birini dərs hissə müdiri, birini direktor təyin edəcəyini vəd verərək külli miqdarda pul yığıbmış. Bundan başqa Ş.Nurəliyev təşkilatların birindən oğluna kredit yolu ilə bahalı maşın da alıbmış. Qazanan həmin təşkilat olub. Çünki Ş.Nurəliyev vəzifəsindən azad olunmamışdan iki həftə əvvəl həmin təşkilatın nümayəndələri maşını Ş.Nurəliyevin əlindən zorla alıb aparıblar. Səbəbi də bu olu olub ki, sabiq müdir kredit borcunu 4 ay imiş ki, ödəmirmiş.

Ən böyük problemlərdən biri isə rayonun Dədəqorqud məktəbinin Yemən adlı müəlliməsi ilə bağlı yaranıb. Çünki Ş.Nurəliyev məcburi köçkün olan müəllimənin əmək haqqı kartını girov qoyaraq onun adına yüksək məbləğdə kredit götütürb. İndi məcburi köçkün rayon rəhbərliyi ilə hüquq mühafizə orqanları arasında əsir-yesir qalıb.

Şamil müəllimin (bu adama müəllim demək bu müqəddəs peşəyə ləkədir) aladaıb pul aldığı yüzlərlə adam onu axtaraır. Hətta onun yaşadığı evin qarşısında gecə-gündüz yolunu gözləyənlər də var. Şamil müəllim isə onları aldadaraq deyir ki, darıxmayın, mən Bakıdayam. Bu gün sabah işdən çıxarılmağm barədə əmirimi ləğv etdirib rayona təhsil şöbəsinin müdiri kimi qayıdacağam. Bütün bunlar borc yiyələrini arxayın salmaq üçün bir bəhanədir. Şamil Nurəliyevin yenidən Saatlı Təhsil Şöbəsinə müdir kimi qayıtması qeyri-mümükündür. Onun gizlənməsi isə əbəsdir.
Çünki hüquq mühafizə orqanlarının əməkdaşları onu tapıb ortalığa çıxaracaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.