İşi çətində olan YAP-çı deputat indidən pul paylayır... - Xəsislikdə ad çıxarmış Ağalar Vəliyev kisənin ağzını açıb
29-09-2015, 17:42

YAP-ın namizədlər siyahısında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən iddialı kimi görünən Ağalar Vəliyevin işi cəncəldədir. Bu barədə DİA.AZ-a Goranboydakı qaynaqlar informasiya verib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ağöalar Vəliyevlə bağlı ilginc informasiya da yayılmışdı. Deyilirdi ki, deputat özünə yaxın olan adamların əhatəsində bildirib ki, uzaq və çətin dairənin ona verilməsi könlündən olmayıb. Dairənin üstəlik qaçqın rayonlarını əhatə etməsi namizədi heç razı salmayıb. Seçicilərin uzaq-uzaq ərazilərdə yaşaması əlavə maddi və fiziki xərc tələb edir deyə namizəd şikayətlənib.
DİA.AZ bildirir ki, "Azəraqrartikinti"nin rəhbəri Ağalar Vəliyev durumunun bu şəkildə gərgin olmasına rəğmən yenə də pul xərcləmək zorundadır.
Bilgili qaynaqdan dia.az-a verlən informasiyada qeyd olunur ki, Ağalar Vəliyev keçən şənbə günündən adamlarına Goranboy, Ağdam və Tərtər rayonuna aid, onun dairəsinə düşən kəndlərin fəal sakinlərinin siyahılarının tutulması ilə bağlı tapşırıq verib:
"Ağalar müəllimi kifayət qədər xəsis bir adam kimi tanıyırıq. İndi isə pyl xərcləmək məcburiyyətində qalıb. Ən azından seçiciləri yalandan da olsa onun üzünü görməlidir. Ona görə də təbliğat kampaniyası dövründə Ağalar müəllimin işinin daha çətin olacağını söyləyə bilərik".
Mənbə iddia edir ki, Ağalar Vəliyevin adından 97 saylı dairənin "fəallarının" hər birinə indidən 200 manatdan pul verilib: "Onların sayı 100-ə yaxındır. yəni bu o deməkdir ki, artıq 20 min manat eləcə tanışlığa gedib".