Ağalar Vəliyev hansı cürətlə və hansı səbəbdən "yuxarıları" qəzəbləndirə bildi - Onun mandat alması da şübhəlidir

30-09-2015, 10:07           
Ağalar Vəliyev hansı cürətlə və hansı səbəbdən "yuxarıları" qəzəbləndirə bildi - Onun mandat alması da şübhəlidir
"Aqrartikinti" ASC-nin rəhbəri, deputat Ağalar Vəliyev "Azəryolservis"ə sədr təyin olunmaq istəyi baş tutmaya bilər. İstiqlal.az-a daxil olan məlumata görə, artıq bu posta Saleh Məmmədovun təyin olunması barədə qərar verilib.

Ağalar Vəliyev yeni vəzifə təyinatında prezidentin şəxsi mühafizə xidmətinin rəhbrəi, general-polkovnik Bəylər Əyyubovun hakimiyyətdəki nüfüzundan yararlanmağa çalışırdı.

Məlumat üçün deyək ki, deputat generala yaxın şəxs kimi tanınır. Bəzi məlumatlara görə, Cavid Qurbanov "Azəryolservis"in sədri vəzifəsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinə transfer ediləndən sonra Ağalar Vəliyev onun yerinə təyinat almaq üçün cəhd göstərib. Lakin cəhdləri boşa çıxıb.

Nəqliyyat naziri Ziya Məmmədov onu oyundankənar vəziyyətə salmağı bacarıb. Azadlıq prospektində yanan binanın təmiri Ağalar Vəliyevə tapşırılandan sonra isə deputat yenidən iddiasını ortaya qoyub. Hətta onun yaxın ətrafına özünü "Azəryolservis"in rəhbəri kimi təqdim etdiyi bildirilir.

Ağalar Vəliyevin sonrakı planı "Azəryolservis"in Nəqliyyat Nazirliyinin tərkibindən çıxararaq müstəqil quruma çevirmək idi. Vaxtilə Cavid Qurbanov da belə bir cəhd etsə də, Ziya Məmmədova qalib gələ bilməyib.

Bildirilir ki, Ağalar Vəliyev yanan bina məsələsində "yuxarılar"ın etimadını doğrulda bilməyib. Yeri gəlmişkən, binanın təmiri qalmaqalla yadda qalmışdı. Bir müddət əvvəl məlumat yayılmışdı ki, yanan binada işləyən fəhlələrə vəd edilən pul verilmir. Görünür, bu məsələnin ictimailəşməsi deputat üçün zərbə olub.

Bəzi məlumatlara görə, deputatın bu özbaşınalığı barədə ölkə prezidentinə məruzə edilib. Yalnız İlham Əliyevin sərt təpkisindən sonra A.Vəliyev təmir işlərini sürətləndirməyə və fəhlələrin pulunu ödəməyə məcbur olub.

Bundan başqa bu günlərdə Meydan TV-də Ağalar Vəliyevin şəxsi biznesilə bağlı araşdırma material yayımlandı. Həmin materialda Ağalar Vəliyevin çoxsaylı şirkətlərindən, tender əməliyyatlarından, maliyyə maxinasiyalarından bəhs edilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.