Avropadakı diasporumuzu hörmətdən salırlar – FOTO

12-10-2018, 09:00           
Avropadakı diasporumuzu hörmətdən salırlar – FOTO
Qürbətdə yaşayan həmvətənlərimizin pis təşkilatlanmasının başlıca səbəblərindən biri Azərbaycan diasporunun rəhbərliyinə gələn insanların kimliyini və məqsədlərini dərhal anlaya bilməməyimizdir. Bunun nəticəsində diaspor təşkilatlarımızdan bəzilərinin rəhbərliyində heç bir nüfuzu olmayan və kriminal keçmişə malik insanlar da təmsil olunurlar. Belələrinin qaranlıq keçmişindən və xoşagəlməz əməllərindən xəbər tutan soydaşlarımız həmin təşkilatlardan uzaqlaşmağa başlayır, nəticədə Azərbaycan diasporunun birləşməsinin yox, dağılmasının şahidi oluruq.

Azərbaycan diaspor təşkilatlarından birinə – Avropa Azərbaycanlıları Konqresinə (AAK) rəhbərlik edən Sahil Qasımov və onun ətrafındakı bəzi dəstəkçilərinə qarşı da belə ittihamlar səslənir. AAK ətrafındakı məlum səs-küylü qalmaqaldan sonra jurnalistlər bu təşkilata rəhbərlik edənlərin kimliklərini araşdırmağa başlayıblar. Bu zaman məlum olub ki, Avropa Azərbaycanlıları Konqresinə rəhbərlik edənlər sırasında təkcə öz məkrli maraqlarını güdənlər yox, həm də Azərbaycan xalqını istəməyənlər də var.

Məsələn, İspaniyanın separatçı regionu Kataloniyaya səfəri ilə separatçılara rəğbətini nümayiş etdirən Sahil Qasımov özü AAK-ı dağıtdı, bu təşkilatın İdarə Heyətinin üzvü olan Arzu adlı bir xanımın isə azərbaycanlılara qarşı çalışdığı iddia olunur.

AzEuroNews.com internet saytının araşdırması göstərdi ki, məhz bu qadının şikayətlərindən sonra Finlandiya hökuməti bu ölkənin paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan məktəbini bağlayıb. Doğrudur, hələ də məlum deyil ki, həmvətənlərimizin övladlarına Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrədən bu məktəb hansı cəhəti ilə Arzu xanıma mane olurdu.

Mirvari Fətəliyeva

Sahil Qasımovun ətrafındakı qalmaqallı şəxslərdən biri də AAK-ən vitse-prezidenti Mirvari Fətəliyevadır. Maraqlıdır, görəsən, Sahil Qasımov bu qadını hansı xidmətlərinə görə AAK-ın vitse-prezidenti postuna gətirib? Bəlkə Fətəliyeva Qasımovun indiyə qədər heç kimə məlum olmayan biabırçı əməllərindən xəbərdardır və AAK prezidenti onların yayıla biləcəyindən qorxur?

Mirvari Fətəliyevanın özünün bəzi əməlləri də bir çox suallar doğurur və həmvətənlərimizin əksəriyyətində qıcıq yaradır. Məsələn, İrandan olan fars mənşəli kişiyə ərə getməsi səbəbindən onun Azərbaycan dövlətinə, xalqımıza qarşı canıyananlığı şübhə doğurur. Onun ətrafındakı bəzi şəxslərin də xoşagəlməz fəaliyyətlə məşğul olduqları iddia edilir.

Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin fikrincə, imicləri o qədər də müsbət olmayan belə adamların vətənpərvər kimi təqdim olunması Avropadakı diasporumuzun nüfuzunu aşağı salır.

Lakin buna baxmayaraq, Mirvari Fətəliyeva Parisdə Azərbaycan səfirliyinin əmlakından istədiyi kimi istifadə edir. Öz şəxsi maraqlarını təmin etmək üçün diplomatik nümayəndəliyimizin binasının bir hissəsini icarəyə verir. Çox güman ki, əldə edilən gəlirin bir hissəsini də cibinə qoyur. Bu qadının ona samballı gəlir gətirəcək böyük leqal biznesinin olmamasına baxmayaraq, özünə Fransada dəbdəbəli villa alıb. Hamıya bəllidir ki, hətta müəyyən səviyyədə bizneslə məşğul olan iş adamı özünə Avropanın ən bahalı əmlak bazarlarından birinə sahib Fransada villa ala bilməz.

Heç kəsə indiyədək aydın deyil ki, Mirvari Fətəliyeva və onun həmcinsi olan bəzi arxadaşları nə işlə məşğuldurlar, onların bu qədər başdöndərən sərvəti haradandır? Əgər onların leqal biznesi yoxdursa, iddia etmək olar ki, öz sərvətlərini qanunsuzluqla əldə ediblər. Bu səbəbdən düşünürəm ki, hüquq-mühafizə orqanları belə şəxslərin fəaliyyətini və onların dəbdəbəli həyatlarının mənbəyini araşdırmalıdır…

//Veteninfo.az

Aynur Zeynallı
Bakı-Paris–Bakı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.