Azərbaycanın xəbəri olmadan Azərbaycan davası aparanlar: Biz haqlı davamızdan geri çəkilməyəcəyik – İlhan Aşkın
18-10-2018, 16:35
Dəyərli oxucular. Artıq xeyli bir müddətdir ki, Hollandiyada Xocalı abidəsinin qoyulmasına əvəzsiz xidməti olan, bu gün də Avropanın mərkəzində “ Xocalıya ədalət” hayqıran, daima milli kimliyi ilə qürur duyan, Hollandiya-Azərbaycan, Türk – Kültür dərnəyinin rəhbəri İlhan Aşkının ermənilərin tələbi üzrə məhkəmə prosesi keçirilir. Növbəti məhkəmə prosesinin dünən baş tutması barədə də ONN media olaraq məlumatlar vermişdik.
Mövzunun aktuallığını nəzərə alaraq, Hollandiyada yaşayan dəyərli hörmətli İlhan bəylə bu gün telefon əlaqəsi saxladıq və bu proseslə bağlı fikirlərini öyrəndik.
Buyurun İlhan Aşkının ONN media-ya verdiyi ekskluziv müsahibəni nəzərinizə çatdırırıq;
İlhan bəy dünənki məhkəməyə çağrılmağınızın əsas səbəbi nə idi?
24 fevral 2014-cü ildə Ermənilər Hollandiyanın Almelo şəhərində sözdə soyqrımı ilə bağlı abidə tikdilər. Bizdə o zaman bizim təşkilat və Türk təşkilatları ilə birgə bu məsələyə etiraz üçün mitinq etdik. Sözügedən mitinqdə bir çox şəxslər çıxış etdi. Çıxış edənlərin biri də mən idim. Çıxışım zamanı bildirdim ki, siz Qarabağı işğal etmisiniz, o torpaqlar bizim torpaqlardır və siz o torpaqları tərk etməsəniz əlbətdəki o torpaqlar birgün sizə məzar olacaq. Təbiiki çıxışım bu sözlərdən ibarət deyildi. 6 dəqiqəlik çıxışım olmuşdu və çıxışımın sonunda da bu kəliməni işlətmişdim. Onlar 2016-cı ildə 6 dəqiqəlik çıxışımı kəsərək 1 dəqiqəlik çıxışı məhkəməyə verdilər. Həmin ildə mən Hollandiyanın kraliçasından dövlət nişanı alacaqdım. Və vəziyyət elə oldu ki, bu məsələyə görə mənim tərəqqi medalımı vermədilər və məni məhkəməyə verdilər. Səbəbdə belə deyirlər ki, mən erməniləri təhqir etmişəm, onları alçaltmışam. 2016-cı ildə məhkəməyə çıxdım. Bu məhkəmə 2017-ci ildə nəticələndi və mənə 1 ay həbs və 120 saatda ictimai iş cəzası verdilər. Bizdə bu məsələyə etirazımızı bildirdik və ali məhkəməyə müraciət etdik. Bu məhkəmənində dünən iclası oldu.
Dünənki məhkəmə iclası zamanı nələr baş verdi, məhkəmənin nəticəsi necə oldu?
Dünən də vəziyyət eyni idi. Yenə deyirdilər ki, siz erməniləri təhqir etmisiniz, alçatmısınız. Bizdə bunun belə olmadığını Ermənilərin bizim torpaqları işğal etdiyini və onların bizim torpaqlardan çıxmalı olduğunu əks təqdirdə müharibə olacağını və bu müharibə zamanı o torpaqların Ermənilərə məzar olacağını dediyimizi bildirdik. Biz irqçiliyə görə onları təhqir etmədiyimizi sadəcə torpaqlarımızı qaytarmalarını söylədiyimizi bildirdik.
Dünən sosial şəbəkələrdəndə görünürdü ki, insanlar bu prosesdən ciddi narahatlıqlarını bildirir və sizinlə bərabər olduqlarını bildirirdilər. Bəs məhkəmə prosesində kimlər sizinlə bərabər idi, sizi tək buraxmadılar və yaxud kimləri yanınızda görmək istəyirdiniz?
Bu sual üçün təşəkkür edirəm. Doğrudur sosial şəbəkələrdən təkcə bizim yox ümumi davamıza səs verənlər oldu. Bizə dəsdəklərini və yanımda olduqlarını bildirənlər az deyildi. Onların hər birinə təşəkkür edirəm
Bizim diaspor rəhbərimiz olan hörmətli Fuad Muradovun bizə maddi və mənəvi dəstəyi çox oldu. Bu baxımdan Fuad müəllimə təşəkkürümü bildirirəm. Eyni zamanda ümumi davamız olan bu məhkəmə prosesində yanımızda Azərbaycanın Hollandiyada diaspor rəhbərləri, diplomatik korpusdan nümayəndələrin də olmasını gözləyirdim.
Əlbəttə biz çox istəyərdik ki, dünən keçirilən məhkəmə iclasında onlar da bizimlə olsunlar, çünki dünən bütün ermənilərin və onların havadarlarının gözü bu prosesdə idi. Təəssüf ki, istədiyimiz və gözlədiyimiz olmadı.
Eyni zamanda məhkəmədə Türk təşkilatları, Türkiyə Respublikasının Baş konsulluğundan Həsən bəy, mənə hər cür dəsdək verən tanınmış iş adamı Füzuli Məmmədov, dosdumuz Səttar Rəhimli, Azərbaycandan, Amerikadan, İtaliyadan insanlar iştirak edirdilər. Və hər birinə böyük təşəkkürümü bildirirəm.
Məhkəmənin nəticəsi isə bu ayın sonunda məlum olacaq və məhkəmə öz qərarını verəcək. Məhkəmənin qərarı isə mənə noyabrın 14-də yazılı olaraq çatdırılacaqdır.
Bəs məhkəmədən hansı qərarı gözləyirsiniz?
Məhkəmənin qərarı nə olursa olsun biz buna hazırıq. Əgər qərar bizim istədiyimiz kimi yəni haqlı olduğumuz halda haqsız olduğumuzu bildirən bir qərar olsa, biz bu qərara etirazımızı bildirəcəyik. Lazım gələrsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Bizə qarşı edilən bu haqsızlığı qəbul etməyəcəyik. Bu işğalçıların, minlərlə insanlarımızın qətlə yetirilməsində, sürgün edilməsində əli olan separatçı güclərin qarşısından çəkilməyəcəyik. Onlara lazım olan cavabı mütləq verəcəyik. Bizim gücümüz birliyimizdədir, bizim gücümüz bir-birimizə dəstəyimizdədir və biz bacardığımız qədər bunu qoruyub saxlamalıyıq. Torpaqlarımız azad olunana qədər dayanmayacağıq.
Və sonda Fəridə xanım sizə və bütün ONN İnformasiya Agentliyinə prosesi diqqətdə saxladığı üçün təşəkkür edirəm.
İlhan bəy biz təşəkkür edirik. Bu bizim borcumuzdu. İnşallah 14 noyabr haqqın səsi qələbə çalar və söhbətimizi qələbə qərarımızı bir yerdə söhbət etmək ümidi ilə hələlik.
Söhbəti aradı Fəridə QAFARQIZI