"Neftçi"nin futbolçusu: "Buraxdığımız ilk qolda mənim də səhvim var idi"

11-11-2018, 09:30           
"Neftçi"nin futbolçusu: "Buraxdığımız ilk qolda mənim də səhvim var idi"
"Neftçi"nin futbolçusu Soni Mustivar evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra brifinq keçirib.

"Report" xəbər verir ki, haitili yarımmüdafiəçi ötən mövsümlə müqayisədə zəif təsir bağışlamasına da aydınlıq gətirib:

- İki dəfə önə keçsəniz də, hesabı qoruya bilmədiniz. Buna nə mane oldu?

- Hər bir oyunda sonadək diqqətli olmaq, diqqətsizliyə yol verməmək lazımdır. Buraxdığımız ilk qolda mənim də səhvim var idi. Bir az mərkəzdə qalaraq, imkan verməməli idim ki, hücumun istiqaməti dəyişsin. Bu gün bizim üçün doğrudan da çətin oyun oldu. "Zirə"ni təbrik edirəm. Rəqib doğrudan da çox gözəl oyun və yaxşı komanda olduğunu göstərdi.

- Xal itkisi çempionluğa gedən yolda komandanıza hər hansı təsir etməyəcək?

- Deməzdim ki, oyundan əvvəl kimsə belə asan qələbəni düşünürdü. Bilirdik ki, "Zirə" sonuncu pillədə olsa belə, buna layiq deyil. Yaxşı oyunçular və yaxşı komandaya malikdirlər. Çətin olacağını bilirdik. Bunu ilk dövrədəki oyunumuzda da görmüşdük. Sadəcə, bu gün "Zirə" kimi biz də sonadək döyüşdük. Nəticədə məhsuldar heç-heçə oldu?

- Komandanızda "Qarabağ"ın sizi hər an keçə biləcəyinə dair həyəcan var?

- Xeyr, heç bir psixoloji təzyiq yoxdur. Həyəcanlanmıram, hələ də ilk pillədəyik. Hazırda ən yaxın izləyicimizdən 6 xallıq üstünlüyümüz var. Sabah "Qarabağ"ın "Qəbələ" ilə səfər matçının necə bitəcəyini demək çətindir. Belə davam etsək, mayda çempion olacağıq.

- Yeri gəlmişkən, "Qəbələ" - "Qarabağ" matçına proqnozunuz necədir?

- Təbii ki, "Qəbələ"nin qalib gəlməsini istərdim. Maraqlı görüş olacaq. Buna əminəm. Çünki "Qəbələ" son vaxtlar çox yaxşı oyun sərgiləyir.

- Ötən mövsümlə müqayisədə bu il elə də aktiv görünmürsünüz. Bu, Roberto Bordinin baş məşqçi postuna gəlişindən sonra olub, yoxsa başqa səbəb var?

- Heç bir narahatlıq hiss etmirəm. Düzdür, keçən mövsüm daha hücumameylli oynayırdım. Bordin isə məni müdafiəyə meylli oyunçu kimi görür. Amma özüm üçün fərqi yoxdur. Ən əsası odur ki, komandama fayda verə bilim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.