Ayaz Mütəllibov devrilib, yoxsa özü istefa verib?
6-03-2019, 08:41
Eks-prezident yenə AXC-ni ittiham etdi,İsgəndər Həmidovdan sərt reaksiya gəldi
Bu gün Ayaz Mütəllibovun Azərbaycan prezidenti vəzifəsindən istefa verməsindən 27 il ötür.
1992-ci il martın 6-sı Azərbaycanın siyasi tarixində prezident Ayaz Mütəllibovun hakimiyyətdən getməsi ilə yadda qalıb. Bu gediş sıradan gediş deyildi. Ölkənin ilk prezidentinin tutduğu yüksək postdan kənarlaşdırılmasına səbəb olan hadisə cəmi bir həftə qabaq baş vermiş, Xocalıda soyqırım törədilmiş və bunun ardınca hakimiyyətə qarşı xalq etirazları baş qaldrmışdı. Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq istəyən siyasi qüvvələr də təbii ki, bu etirazlardan, yaranmış situasiyadan istifadə edirdilər.
Ayaz Mütəllibov hər ilin bu günlərində hakimiyyətdən getməsi barədə medianın suallarını cavablandırır. Hər dəfə də Azərbaycan Xalq Cəbhəsinin onu güc yolu ilə devirdiyini və cəbhəçilərin bu hərəkətinin Azərbaycanın başına bəlalar gətirən tarixi səhv adlandırır.
Dünən də Real.TV-yə müsahibəsində Ayaz Mütəllibov bildirib ki, 20 Yanvar hadisələrini araşdıran istintaq komissiyasının üzvü olan SSRİ KQB-sinin sədr müavini ona AXC-ni bağlamağı məsləhət görüb. Lakin mənfi cavab alıb: “Mən ona dedim ki, Azərbaycanda demokratiya qururuq, Qarabağda müharibə gedir, AXC-ni bağlamağı düşünmürəm. AXC isə 1992-ci ilin 6 martında dövlət çevrilişi etdi”.
Bundan əvvəl də eks-prezident müsahibələrində deyib ki, 1992-ci il martın 5-6-da və həmin il mayın 15-də qanuni hakimiyyətə qarşı AXC-nin etdiyi sui-qəsdin xalqın iradəsinin təzahürü olmadığına hüquqi baxımdan şübhə qalmayıb. Bu, ilk mərhələdə küçə təzyiqləri altında parlament çevrilişi, ikincisi, hakimiyyətin silah gücünə işğalıdır, yəni hərbi çevrilişdir: “Xocalıda baş verən faciəli hadisələri və onun təsiri altında yaranmış güclü psixoloji durum hakimiyyət uğrunda öz məqsədi üçün istifadə edən AXC-yə imkan verdi ki, küçədə toplaşan kütlənin təzyiqi altında respublika parlamentini məni istefaya göndərməyə məcbur etsin. Təəssüf ki, opponentlərimi inandıra bilmədim ki, onların hərəkətləri respublikaya fəlakətlər gətirir, torpaqlarımızın müdafiəsini çətinləşdirir, ardıcıl çevrilişlər və siyasi kataklizmlər dalğasının yaranmasına səbəb olur. AXC-nin keçmiş funksionerləri cəsarətli olub öz səhvlərini etiraf etməlidirlər”.
AXC-nin liderlərindən olmuş sabiq daxili işlər naziri İsgəndər Həmidov isə “Yeni Müsavat”a açıqlamasında o bildirdi ki, A.Mütəllibov özü könüllü olaraq prezident vəzifəsindən istefa ərizəsini yazıb. Onu AXC-dən heç kim istefa ərizəsi yazmağa məcbur etməyib: “Ayaz Mütəllibov Xocalı faciəsindən sonra hakimiyyətdə qala bilməzdi. Xalq ona qarşı idi. Bunu Mütəllibov yaxşı görürdü. Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik, soyqırım aktı törədilmişdi, 600-dən yuxarı dinc sakin qətlə yetirilmişdi, 1000-dən yuxarı sakin əsir götürülmüşdü. Sabahısı gün Ayaz Mütəllibovun prezident olaraq nəzarətində olan ”AzərTAc" Dövlət Agentliyinin Azərbaycan Dövlət Televiziyasında Xocalı barədə xəbəri yayıldı. Xəbərdə Xocalıda insident nəticəsində 3 nəfər Xocalı sakininin həlak olduğu bildirilirdi. Bu cür informasiya Ayaz Mütəllibovun icazəsi olmadan yayıla bilməzdi. Təsəvvür edirsinizmi, ölkənin bir bölgəsində böyük miqyaslı qırğın törədilib, prezident bunu xalqdan gizlədir. Bu, Xocalını müdafiə etməmək qədər xəyanətə bərabər hərəkət idi. Bu hərəkətə indi cəsarətdən, vətənpərvərlikdən dəm vuran Mütəllibov yol vermişdi. Belə bir şəxsin prezident və ali baş komandan kimi qalması qeyri-mümkün idi, xalq bunu qəbul etmirdi. Ayaz Mütəllibov da bu vəziyyəti görüb istefa ərizəsini yazdı. Ərizəsində səhhətinə görə istefa verdiyini yazmışdı.
İstefa ərizəsini Allahşükür Paşazadəyə təqdim etmişdi. Yəni Mütəllibovu AXC-dən heç kim məcbur etməmişdi ki, istefa ərizəsi yazsın. Prezidentin parlamentdə impiçment məsələsi qoyulmuşdu. Ancaq biz parlamentdə cəmi 15 nəfər idik. İstəsək də onu istefa ərizəsi yazmağa məcbur edə bilməzdik. Onun getməyini xalq istəyirdi, ona görə də getdi".
İ.Həmidov onu da bildirdi ki, Mütəllibov əslində istəyirdi ki, AXC-ni bağlasın. Sadəcə olaraq, Azərbaycan xalqının sərt reaksiyasından çəkindiyi üçün bunu edə bilmirdi: “Onun AXC-yə qarşı qərəzi, qəzəbi heç vaxt tükənmir. AXC hakimiyyət uğrunda mübarizə aparmırdı, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırdı. Mütəllibov özü istefa verdi getdi, may ayında konstitusiyanı pozaraq güc yolu ilə geri qayıtdı. Lakin cəmi bir gündən sonra yenə qaçdı. Onun bizi cəsarəti olmamaqda suçlaması isə gülüncdür. Cəsarətsiz adamlar SSRİ imperiyasına qarşı vuruşmazdı, Mütəllibov kimi imperiyaya sitayiş edərdi. Ayaz Mütəllibovun o zamankı davranışları qorxaqlıq, ölkəsini Rusiyaya satmaq idi. İndi də Rusiyanın əleyhinə qorxusundan bir kəlmə danışmır. Bir dəfə də olsun dilinə gətirmir ki, mən hakimiyyətdə ola-ola Rusiyanın 366-cı alayı erməni quldurları ilə birlikdə Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törədib. Rusiyaya mütilik onu həmişə o vəziyyətə gətirib ki, hələ də elə düşünür ki, hakimiyyətdən getməsəydi rayonlarımız işğal olunmayacaqdı, guya Rusiya ermənilərə bizim torpaqlarımızı işğal etməyə imkan verməyəcəkdi. Bu adam fərqində deyil ki, Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi Xocalı soyqırımı məhz onun prezidentliyi zamanı həyata keçirilib. Rusiya Ayaz Mütəllibova görə ermənilərə ”Azərbaycan torpaqlarını işğal etməyin" xəbərdarlığın edən və işğalın qarşısını alan idisə Xocalıda görünməmiş qırğın törədilməzdi. Ayaz Mütəllibov danışanda heç olmasa azacıq məntiqlə danışsın".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”