Alov qüllələrini İlham Əliyevə təqdim etdim, Trump Tower isə bağlı qaldı”– Məşhur memar

6-03-2019, 09:06           
Alov qüllələrini İlham Əliyevə təqdim etdim, Trump Tower isə bağlı qaldı”– Məşhur memar
Alov Qüllələri”nin sayı dörd idi. Daha sonra qüllələrin sayı azaldılıb” .

“Trump Tower” adlı möhtəşəm layihəmin qapılarının hələ də bağlı qalması kədərləndiricidir”

Pierre Baillargeon – Dizayn və təqdimat sahəsində 25 illik təcrübəyə malikdir. 2006-cı ildə Londonda “Mixity” adlı dizayn şirkətini təsis edib. Hazırda məşhur “Mixity” memarlıq və dizayn şirkətinin icraçı direktorudur.



Kanadanın Montreal şəhərində dünyaya göz açan Pierre Baillargeon, Cornell Universitetinin Memarlıq Sənayesi və Planlaşdırma Kollecində təhsil alıb. Texas ştatının Dallas şəhərində WZMH-da işləməyə başlayıb. ABŞ-da HOK şirkətinin memarları ilə beş il birlikdə çalışdıqdan sonra Böyük Britaniyaya gedib. Londonda HOK şirkətinin Avropa-Yaxın Şərq bölməsini təsis edib. Bir müddət sonra həmin bölmə HOK şirkətinin ən böyük və nüfuzlu ofisinə çevrilib. Londondakı HOK ofisində dizayn sahəsində lider və vitse prezident olan Pierre Baillargeon otellər, AVM-lər, şəhər salma, ofis və bir çox HOK komersiya əsaslı nəhəng layihələrin hazırlanmasına rəhbərlik edib. Pierre Baillargeon dünyada ən böyük Amerika memarlıq şirkəti olan HOK-un beynəlxalq nüfuzunu yüksəltmək üçün ömrünün 20 ilini həsr edib.
Uzun müddət davam edən axtarışımızdan sonra nəhayət məşhur memar, dizayner Pierre Baillargeonun Bakıda inşa etdiyi möhtəşəm binaları da müəyyən etdik. P. Baillargeon Bakı şəhərində nəhəng “Flame Towers”(Alov Qüllələri), “Trump Tower” və “Baku Fountain City” (Bakı Fəvvarələr şəhəri) layihələrinin müəllifi, baş memarıdır.



Pierre Baillargeon HafizTimes.com-a eksklüziv müsahibə verib. Əfsanəvi memar müsahibə zamanı ilk dəfə olaraq “Alov Qüllələri” layihəsinin hazırlanması ilə bağlı önəmli məqamları açıqlayıb. Memar həmçinin Bakıda inşa etdiyi “Trump Tower” layihəsi ilə bağlı bir çox gizli qalmış məqamlardan söhbət açıb. İlk dəfə olaraq Azərbaycan mətbuatına müsahibə verən Pierre Baillargeon Bakı ilə bağlı istək və arzularını da ifadə edib:

-Bakı gözəl bir şəhərdir. İlk dəfə oranı ziyarət edən zaman çox təsirləndim. Bakı üçün əhəmiyyətli bir bina inşa etməklə bağlı təklif aldım. Bu zaman tarixi qaynaqlarınızdan ilham aldım.



“Baku Flame Towers” – Azərbaycanın gələcək güc potensialının və keçmiş tarixinin simvoludur. Bakının əsas təpələrindən birinin üzərindən göyə ucalan bir alov dilimləri kimi dizayn edilib. Orijinal dizaynda dörd qüllə əks olunub. Layihəyə əsasən qüllələrin sayı azaldılıb.

-“Flame Towers” layihəsi necə yarandı? Həmin günləri necə xatırlayırsınız? Niyə məhz əsas element kimi alovu seçdiniz?

-Mən “Flame Towers”in dizaynında atəşin qədim ənənələrini, əhəmiyyətini və alovun gələcəkdə Azərbaycana enerji və tərəqqi bəxş edəcəyini əks etdirdim. Həmçinin Alov qüllərini Azərbaycanın neft və təbii qaz resuslarını əks etdirən bir formada dizayn etdim.



“Flame Towers”la bağlı idea və dizaynımı Prezident İlham Əliyevə təqdim etməkdən böyük zövq aldım”.


-Prezident İlham Əliyev mənə dedi ki, binanın tikintisi ilə bağlı dərhal işlərə başlaya bilərəm. Sizin vasitənizlə bir daha Prezident İlham Əliyevə öz minnətdarlığımı göndərirəm.

“Alov qüllələri” Azərbaycanı dünyada tanıdan, təmsil edən bir simvola çevrildi. Gözəl ölkəniz və insanlarınız üçün Alov qüllələrini yaratmaq imkanına sahib olduğum üçün qürur duyuram.

“Cənab Tramp Ağ Ev-də yeni işinə başladığı andan etibarən hələ də Bakıdakı “Trump Tower” adlı layihəmə yeni ad axtarılır”.

-Məndən xahiş etdilər ki, “Trump Tower” adlı bir lahiyəni yaradım. Bu layihəm də çox əhəmiyyətli bir simvoldur. Həmin otelin sahibləri qapıları açan zaman Azərbaycanda hər kəs yeni və gözəl formada dizayn edilmiş otel və konfrans salonundan zövq alacaqlar.

“Qapılarını dünyaya açmağa hazır olan böyük və həyəcanlandıran bir şəhər layihəsinin hələ də bağlı qalması çox kədərlidir”.


-Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və otelin qapılarının təntənli şəkildə açıldığını görəcəyəm. Bu Tower Bakının beynəlxalq nüfuzuna və cəzbediciliyinə daha da böyük töhfələr verəcək.

“Azərbaycandakı layihələrimlə qürur duyuram”

-“Mixity”dəki memarlar və daxili dizaynerlərdən ibarət qrupumuz Azərbaycandakı fəaliyyətimizlə qürur duyur. Biz ümid edirik ki, gələcəkdə də Bakıya qayıdıb yeni layihələr üzərində çalışacağıq!

“Biz Azərbaycanı sevirik”

-Hər zaman bütün dostlarımıza da tövsiyyə edirik ki, Azərbaycana səfər etsinlər! Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və sizə orada daha geniş müsahibə verəcəyəm.

Hafiz Əhmədov
hafiztimes.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.