Nəyə görə Türkiyə təyyarəni vurdu? Stanislav Belkovskiy izah edir

27-11-2015, 13:06           


“Дождь” (“Yağış”) telekanalının baş mütəxəssisi Stanislav Belkovskiy ünvanladığınız bütün suallara yenidən cavab verdi. Bu dəfə bir neçə mövzu ətrafında söhbətlər aprıldı: Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması, uzaq məsafədən vuranların Moskva Dairəvi Avtomobil Yoluna qədər gəlmək ehtimalları və nəyə görə Rusiya höküməti krımlılara yardım etməkdə tələsmir.

Türkiyə ilə münaqişə barəsində hansı beş məqamı bilmək lazımdır
teref.az 4n press.com-a istinadən cavabı təqdim edir:



Nəyə görə Türkiyə Rusiya təyyarəsini vurdu?

Rusiya təyyarələri mütəmmadi olaraq NATO ölkələrinin hava sərhədlərini pozmağa çalışıb: Böyük Britaniya, Fransa, Türkiyə. Çox güman, NATO ölkələri belə qənaətə gəldilər ki, bir gün hər hansı bir ölkə, məsələn Türkiyə, aydın şəkildə göstərəcək ki, bunu etmək olmaz. Rusiya təyyarəsini vurmaq qərarı Türkiyə tərəfindən NATO müttəfiqləri ilə, daha dəqiq desək, baş müttəfiqlərlə razılaşdırılmadan qəbul olunmuşdur, lakin bu alyansda rəsmi olaraq baş və ya kiçik müttəfiq yoxdur.
TEREF.İNFO

Rusiya təyyarəsini vurmaqla Ərdoğan nə demək istədi?

Birinci dəfə deyil ki, o bu hərəkətə yol verməyin gərəksizliyini sübut etmək istədi. Bundan başqa, Türkiyə və Rusiya arasında Suriya məsələsinə dair ciddi fikir ayrılığı yaşanır. Ərdoğan Rusiyanın dünyanın müəyyən hissəsini idarə edən qüddrətli dövlət statusunu almaq üçün Suriyanı istifadə etməsinin qəti əleyhinədir. Onların bir birinə oxşayıb/oxşamamasından asılı olmayaraq, bu məsələdə bu iki ölkə hec cür razılığa gələ bilmirlər. Sadəcə olaraq bu Putinin müəyyən mənada süni, nümayişkaranə qəddarlığının nümunəsidir. Ola bilsin, Ərdoğanda da bu sünidir, lakin onun müxalifətçi dəstəsi və həbsxanası bu süniliyin çox az dərəcədə olduğuna əsas yaradır.

Türkiyə ilə müharibə gözlənilir mi?

Birbaşa müharibə olmayacaq. Yalnız diplomatik və iqtisadi. Bildiyimiz kimi, artıq Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov rusiyalıları heç bir halda Türkiyədə olmamağa səslədi.



Rusiyalı turistlər Türkiyədə istirahət edə biləcəklər mi?

Turist axınının qarşısı alınacaq. Hər kəsi qorxudacaqlar və “Uşaqlar, Afrikaya gəzməyə getməyin” deyəcəklər. «Balaca uşaqlar, heç vaxt Türkiyəyə gəzməyə getməyin, Türkiyədə akulalar, qorillalar, zalım timsahlar var». Lakin monotonluq, təkrarlanma daimidir və bu məcrada Rusiyanın atacağı addımların proqnozlaşdırılması kontragentlərə heç bir təsir göstərə bilməyəcək. Türkiyə Rusiya Federasiyasının təyyarəsini vurarkən bu riskləri gözə almışdı, yəni, artıq məlum məsələ idi, Rusiya hansısa tədbir görəcək. Neftin qiymətinə dair proqnozlar edilərkən, belə bir fikir söylənilir: bu qiymət reallaşmasından asılı olmayaraq müəyyən riskləri daşıyır.



Türkiyə boğazlarını bağlasa nə baş verəcək?

1936-cı ildə imzalanan Boğazlar haqqında Montre konvensiyasına əsasən Türkiyə istənilən dövlətlə müharibə vəziyyətində olduğu təqdirdə şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə boğazları bağlaya bilər. Buna görə də, Montre konvensiyasına uyğun olaraq , Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiya üçün rəsmi şəkildə bağlamaq hüququna malikdir. İstisna hal deyil ki, təyyarə ilə bağlı bu kazus məhz elə bunun üçün təşkil olunmuşdu: boğazların mümkün bağlanılması Rusiya kontingentindən olan 25-30 min insanın gəlməsinin qarşısını ala bilər. Bu məsələ öncə də , xüsusilə Rusiya parlamentinin iki palatasının birgə iclasında müzakirəyə çıxarılmışdı. Bu zaman hərbi gəmilər boğazlar vasitəsilə Suriyaya gedə bilməyəcəklər və Suriyadakı ordumuzun təchiz edilməsi tamamilə zəifləyəcək və bu hal başdan bəri Suriyaya quru qoşunların yürüdülməsi imkanını istisna edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.