Fəzail Ağamalı: “DTX-nin seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var”

8-05-2020, 19:38           
Fəzail Ağamalı: “DTX-nin seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var”
“Korrupsioner məmurlarla mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdığı pulları gizlədə bilməyəcəklər”.

Teref.az-ın məlumatına görə, bunu Modern.az-a korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:

“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, özlərinin layiq olduğu cəzanı alacaqlar.

Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru