“Bir az ağılla fikirləşin” - Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama

12-05-2020, 02:46           
“Bir az ağılla fikirləşin” - Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama
Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib.

Teref.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının cırıq olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.

"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar cırıla bilməz. Bir az ağılla fikirləşin", - deyə nazir məsələyə münasibət bildirib. /Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru