Cahandar BAYOĞLU: Türklüyümüz Azərbaycançılığımıza qarşı olmayıb, Güclü Azerbaycan, Güclü Türk Birliyi deməkdir

18-05-2020, 11:07           
Cahandar BAYOĞLU: Türklüyümüz Azərbaycançılığımıza qarşı olmayıb, Güclü Azerbaycan, Güclü Türk Birliyi deməkdir
Turan Partiyası Başkanı: Heydər Əliyevin Azərbaycançılığı Məmmədəmin bəyin Azərbaycançılığına qarşı deyil, əksinə daha da gücləndirir.

Az zaman kəsiyində yarandığını elan etməsinə baxmayaraq siyasi çalışmaları ilə diqqət mərkəzində olan "Turan” Partiyasına maraq getdikçə artmaqdadır. Partiyanın Girişim Kurulu Başkanı Cahandar Bayoğlunun basın açıqlamaları toplumda bir mənalı qarşılanmır. Bu və ya digər yanaşmaları nəzərə alaraq Partiya Başkanına aşağadakı suallarla müraciət edirik:

- Cahandar bəy basında gedən açıklamalardan sonra çok saylı tərəfdarlarınız olsa da, bəzi adamlar Turan adında partiyanın yaranmasını doğru bilmir ve sosial şəbəkələrdə bu haqda yazanlar var. Sizin bu konulara yanaşmanızı bilmek istərdik.

- Turan bütün Türk yurdlarının birləşmiş adıdır. Turan bir siyasi yerləşim olduğundan , Azərbaycanda və digər Türk yurdlarındakı kimi gələcəkdə də Turan Azadlıq Partiyası, Turan demokratik Partiyası ve s. partiyalar olmalıdır ki, dövlət inistitutları modern qurulmuş olsun. Bizdə Turan adında siyasi Hərəkata başlamışıq ki, hara və nə üçün getdiyimizi açıq bildirək. Həm də bütün Türk yurdlarına bir məsajımız olsun, hər yerdə hərəkətlənmə başlansın. Eyni zamanda yüzlərlə bu amal uğrunda çalışan partiyalar yaransın ki, Türk iradəsi gerçəkləşə bilsin. Turan Partiyası yaranışını açıqlayandan sonra bir çok dairələrdən səslər gəlməyə başladı. Turan adı kutsaldır bu adda Partiya doğru deyil. Həm də bu fikri səsləndirənlərin çoxusu Türk adıyla çalışmaları olanlardır. Mən niyə belə olduğunun səbəblərini bildiyim üçün yola davam dedim. Bu səbəblərə toxunmak istəyirəm: Azərbaycanda Türk dilini yenidən Azərbaycan dili, Türk adımızı Azərbaycanlı edəndə tək məqsəd vardı Türklər yenidən bir adda tanınmasınlar, yüz illər parçalandığımız kimi qalıb başqalarının yemi olaq. Hətda, biz niyə Türk deyək özümüzə, Türkiyə burada ağamı olsun kimi sərsəm açıqlamalar da səsləndi. Əslində bütün Türk dövlətlərinin adı qalmaqla millət Türk, dil Türkçə olmalı ki biz bir olduğumuzun bilincində formalaşaq. Dilimiz bir adlanmalıdır ki, dünyada böyük dil statusu qazanaq ve dünya dili olaq. Bütün bunların olmamasını istəyən güc mərkəzləri yenidən bizlərin bölük -bölük olmağımıza çalışdı. Zəif Türk iradəsi bu güclərin qarşısında davam getirə bilmədi. Bəzi ağzıgöyçəklər də dedi ki, Türk olduğumuzu bilək, amma özümüzü Azərbaycanlı adlandıraq ki, başqaları bizdən inciməsin. Absurd, her kəs milli kimliyini daşıya bilər, türkdən başqa. Türk adımız bizim birlik simvolumuzdur ona toxunmaq olmaz. Turan adı da birlik simvolumuzdu. İndi nə deyirlər? Bu ad müqəddəsdir onu siyasiləşdirməyək. Bu zavallılar anlamır ki, Turan adı başdan ayağa siyasətdir. Böyük bir siyasi yerləşimin adıdır. Əziz soydaşlar, Turan adının siyasiləşməsini istəməyənlər Türk adımızın qaytarılmasına qarşı olan güc mərkəzləridir. Fikir oralardan qaynaqlanır. Bu fikrin daşıyıcıları isə zavallılardır, inandırılmışlardır. Bizim davamız inandırılmışlarla deyil, güc mərkəzləri ilədir. Həm də bu inandırılmışlara həqiqəti deyib, onlara gerçəyi bildirmək şansı qazandırmaqdır. Turan adında bütün Türk dövlətlərində partiyalar yaranarsa və bir qurumda işlərini ortaqlaşdırarlarsa dövlətlərimiz də bir o qədər yaxınlaşmış olar. Millət Ortaq Türk gücünü görüb onun cazibəsinə meyillənər ki, bir millətə çevrilməyimiz sürətlənsin. Turan adı, Türk adı bizim birliyimizin özülü olduqları üçün onlar dövlətlərimizin və millətimizin siyasətində öndə olmalıdır. Turan siyasi coğrafiyamız, Türk milli kimliyimiz birlik rəmzlərimiz olmaqla, bir bayrağa ve Dünya Türklərinin qəbul etdiyi birləşdirici liderlərə ehtiyacımız var. Cağdaş respublikaçı dövlətçilik tariximizdə, Atatürk, Məmmədəmin bəy, Alparslan Türkeş, Elçibəy kimi dünya Türklərini birləşdirəcək liderlərimiz var. Bizlər birlik simvollarımızı qorumaqda görəvliyik.

-Cahandar bəy bəzi adamlar türlküyümüzün Azərbaycançılığımıza qarşı olduğunu deyənlər də az deyil. Bu haqda nələri deyə bilərsiniz? Bu cürə söhbətlər nəyə xidmət edir?

- Bəzi qüvvələr "Heydər Əliyev müasir Azərbaycançılıq ideologiyasının banisidir” deməklə, Azerbaycançılıq adı altında Türklüyə qarşı Moskva və digər kürəsəlçi güçlərin siyasətini sırımaqdan usanmırlar. Mən o, maşalara bildirmək istəyirəm ki, Heydər Əliyevin Azərbaycançılığı Məmmədəmin bəyin Azərbaycançılığına qarşı deyil, əksinə daha da gücləndirir. Bu Azərbaycançılıq milli kimliyimizə qarşı olmayıb dövlətçiliyimizin təməli kimi dəyərləndirilməlidir. Heydər Əliyevin Azərbaycançılığı Türklüyümüzə qarşı olsaydı, Türkiyəyə "Bir millət, iki dövlətik”deməzdi. Dilimizin də Türk dili olduğunu dəfələrlə səsləndirməzdi. Bəli bu bir gerçək ki, 1994 ilində güclü Moskva zəif düşmüş Azərbaycanı dilimizin, millətimizin adının dəyişdirilməsini, rus ordusunun yenidən Azərbaycana gəlməsini, MDB’yə üyəlik və Təhlükəsizlik Şurasına girməyi şərt kimi irəli sürürdü. Belə bir ağır durumda, Azərbaycan Dilimizin, millətimizin adının dəyildirilməsinə, Təhlükəsizlik Şurasına qatılmadan MDB üyəliyinə razılıq verib, Rus əsgərinin Azərbaycana gəlməsinə imkan verməyib bağımsızlığımızı qoruya bildi. Amma 2003 ilindən Moskvanın təzyiqi ilə Hakimiyətde güçlənən 5 kolon və onun lideri ciddi cəhdlə Heydər Əliyevin adından Moskva Azərbaycançılığını Türklüyümüzə qarşı kullanmağa başlayıb, Türk dövlətlərinin inteqrasiyasına dirəndilər, diasporamızı Dünya Türklüyündən ayıraraq ermənilər qarşısında bizi zəif saldılar. Amma bunlar ağalarının sayəsində iqtidarda müxalifətdə nə qədər güclü olsalar da, Başkan İlham bəyin Türkiyə ilə ilişkilərin güçləndirməsinin, Türk dövlətləri ilə inteqrasiyanın qarşısını ala bilmədilər, 2009 Naxçıvanda Türk Dövlət başçılarının zirvə toplantısında Türk Konseyi(Keneşi) quruldu. Son bir ildə Türk Konseyi daha ciddi təşkilatlandı. Konseydə olmayan Macarıstan daxil digər Türk dövlətlərinin də təmsil olmasına nail olundu. Bu o dövrdə baş verdi ki, hakimiyyət təpəsinə dırmanan 5 kolonun lideri ve yandaşları çökməyə başladı. Son günlər Türk dövlətlərinin daha dərin iş birliyinə gedəcəyini görən Moskva tipli kürəsəlçi güclər "buz üstündə buzov” olan nökərlərini hərəkətə gətirərək, bu birliyə qarşı dirənmək niyyətindədirlər. Ağalarının nökərləri artıq gecdir, ağalarınızla birlikdə uduzmusunuz. Dövlət Başçısı İlham bəy Türk birliyinin olmasında qərarlı görünür ve ciddi iş aparılır. Türklüyümüz Azərbaycançılığımıza qarşı olmayıb, Güclü Azerbaycan, Güclü Türk Birliyi deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.