“Göyçə və Zəngəzura muxtariyyət tələb etmək tamamilə real səslənir” - AÇIQLAMA
9-10-2020, 19:44

Cəbhədə atəşkəsin elan olunmasıyla bağlı çağırışlar xeyli intensivləşib. Bu gün Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri 30 ildir bizim başımızın altına yasdıq qoymaqdan başqa heç bir iş görməyiblər:
“30 ildir ki, torpaqlarımız işğal altındadır, ermənilər donuz kimi yeraltı qazmalar yaradıblar, biz bunu işğaldan azad olunan ərazilərimizdə görürük. Emmanuel Makron Minsk qrupunun üzvü olsa da, erməniləri qızışdıranlardan biridir. Biz heç bir dövlətin ərazisində müharibə aparmırıq. Sadəcə öz torpaqlarımızı terrorçulardan azad etmək istəyirik. Biz ancaq onlar torpaqlarımızdan çıxdıqdan sonra müharibəni dayandıra bilərik. Kimin nə deməsindən asılı olmayaraq, torpaqlarımızı azad edəcəyik. Bu gün xalqla dövlətin birliyi var və bu əzm imkan verir ki, biz torpaqlarımızı tam şəkildə işğaldan azad edək. Biz müstəqil dövlətik və ancaq şərtlərimiz daxilində müharibəni dayandıra bilərik. Onlar maksimum həftəlik qrafiklə torpaqlarımızı boşaltmalıdırlar. Bizim bundan sonra 30 il də gözləmək fikrimiz yoxdur. Makronun, Putinin, Trampın fikrini gözləyə bilmərik. BMT-nin 4 qətnaməsi var idi, niyə indiyədək nəzərə alınmırdı? Niyə o iylənmiş Paşinyana bir nəfər demirdi ki, sən arvadınla Azərbaycan torpaqlarında nə edirsən? Bunu demək yerinə erməniləri ruhlandırdılar. Onlar da torpaqlarımızda at oynatdı. İndi isə siçan kimi qaçırlar. Hamısını qovacağıq”.
Hafiz Hacıyev qeyd edib ki, heç bir dövlətin müharibəni dayandırmağımızı və ermənilərin orada qalmasını tələb etməyə ixtiyarı yoxdur:
“Biz tolerant bir dövlətik. Bu birliyi davam etdirərək rayonlarımızı azad etdikdən sonra onları yenidən qurmalıyıq, Azərbaycan xalqı bundan da yaxşı yaşamalıdır. Artıq 50 partiya Prezidentlə bir yerdədir. Hərəmizin 100-150 min üzvümüz var. Lazım olsa, biz partizan müharibəsinə qalxıb işğaldan azad edə bilərik. İrəvan torpaqları da bizim olub. Göyçə, Zəngəzur bizimdir. O torpaqları da işğaldana azad etməliyik. Göyçə, Zəngəzura muxtariyyət tələb etmək tamamilə real səslənir. Bizim Qərbi Azərbaycandan olan insanlarımız İrəvan hökuməti yaradıblar, haqlıdırlar, o torpaqlar dədə-babadan bizim olub. Ermənistan adlı dövlət olmayıb, onlar həmişə onun-bunun torpağında yaşayıblar. Onlara o torpaqları Rus İmperiyası verib. Biz niyə bu gün Göyçə gölümüzün ətrafında yaşamamalıyıq? Biz torpaqlarımızı tələb etməliyik. Əgər dünya qanunlarına heç kim əməl etmirsə, biz niyə onu saymalıyıq?”.
0