“Atəşkəs bizim üçün qurulan tələ idi”
11-10-2020, 10:08

Vahid Əhmədov: “Azərbaycan Türkiyə və Pakistanla hərbi müqavilələri imzalayıb, ərazi bütövlüyünü birgə təmin etməlidir”
Xəbər verdiyimiz kimi,düşmən axşam saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raketzərbələri endirib ki, nəticədə 5 mülki sakin həlak olub, evlərə ciddi ziyan dəyib.
Moderator.az-aaçıqlamasında düşmənin xain hücumunu dəyərləndirən millət vəkili Vahid Əhmədov,məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Atəşkəs bizim üçünqurulan tələ idi. Bu tələ Hadrutun ordumuz tərəfindən alındığı bir zamanda,Şuşaya doğru irəliləmək imkanının yarandığı bir vaxtda ortaya atıldı. Ermənistanyenə də öz havadarlarının köməyi ilə atəşkəsə nail oldu. Atəşkəsi yenə də özüpozdu. 26 il ərzində Azərbaycan bir dəfə də olsun atəşkəsi pozmadığı halda,düşmən hər dəfə atəşkəsi pozub. Dünən də atəşkəs pozuldu. Gəncəyə, Tərtərəraket zərbələri endirdilər, insanları qırdılar. Atəşkəs faktiki olarq bir saatda olsun davam etmədi. Adını da humanitar atəışkəs qoydular. Hansı ki, bu, Ermənistanınəlavə güc toplaması, xaricdən silahlar gətirməsi üçün atılan bir addım idi.
Dövlətimiz, XİN baş verənlərləbağlı ciddi bəyanat verməlidir. Bəyanatda atəşkəsin pozulması ilə bağlı bütünnüanslar öz əksini tapmalıdır. Qeyd olunmalıdır ki, atəşkəs dönəmində Azərbaycandadinc əhaliyə hücumlar olub, mülkiinsanlar böyük tələfata məruz qalıb. ƏgərRusiya atəşkəsə təminat vermişdisə, o zaman atəşkəsin pozulmamasını da təmin etməli,buna nəzarət etməli idi. Çox təəssüflər olsun ki, etmədi. Əksinə Ermənistanakifayət qədər silah-sursat, raket gətirdi ki, işğalçı bundan istifadə etsin.
Cənab prezidentin bqaşverənlərlə bağlı yəqin ki, əhaliyə müraciəti olacaq, baş verənlərə münasibətbildirəcək. Biz bir daha dünyaya göstərdik ki, sülh istəyirik. Amma Ermənistansülh tərəfdarı deyil. Əksinə, onlar müharibə zonasının daha da genişlənməsini istəyir.
Ermənistanın son vaxtlaristifadə etdiyi silahların böyük əksiriyyəti xarici dövlətlərdən, xüsusilə dəRusiyadan gətirilən raketlərdir. Hesab edirəm ki, Azərbaycan Türkiyə vəPakistanla hərbi müqavilələri imzalayıb, ərazi bütövlüyünü birgə təmin etməlidir.Artıq bunun vaxtıdır və bu məsələdəgecikmək olmaz”.