“Əgər hər hansı bir partiyanın yetərincə maddi vəsaiti yoxdursa...”

23-10-2020, 08:42           
“Əgər hər hansı bir partiyanın yetərincə maddi vəsaiti yoxdursa...”
Siyavuş Novruzov: “Erməni terroru ilə üzləşən vətəndaşlarımıza mənəvi dəstəyin göstərilməsi də vacib məsələdir”

Məlum olduğu kimi, YeniAzərbaycan Partiyası (YAP) Gəncədə erməni terroru nəticəsində valideynləriniitirən uşaqları himayəyə götürüb, bu ailələrə maddi yardımlar edib.

Digər partiya və təşkilatların,müəssisə və birliklərin də YAP-ın bu təşəbbüsünə qoşulması nə dərəcədə arzuediləndir?

Moderator.az-a açıqlamaverən millət vəkili Siyavuş Novruzov erməni terrorundan əziyyət çəkən ailələrəmaddi dəstəklə yanaşı, mənəvi dəstəyin göstərilməsinin də vacib olduğunuvurğuladı:

“Bir çox partiya var ki,onların maddi imkanı yüksək deyil. Bu səbəbdən də onların mənəvi dəstək göstərməsidə kifayətdir.

50 partiya AzərbaycanRespublikasının Prezidentinin, Ali Baş Komandanının həyata keçirdiyi hərbisiyasətlə bağlı öz dəstəyini ifadə etdi. Gəncədə, Tərtərdə mülki insanlarımızaqarşı erməni terroristləri tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinəçatdırılması məqsədi ilə də bu partiyalar beynəlxalq təşkilatlara müraciətünvanladı.

Əgər hansısa siyasipartiyanın belə bir imkanı varsa, maddi dəstək göstərə bilər. Imkanı yoxdursa,verdiyi mənəvi dəstəyin özü də böyük əhəmiyyət kəsb edir.

Müəssisələrə gəlincə,hansı müəssisənin maddi yardım göstərmək imkanı varsa, o, bu dəstəyi göstərəbilər. Biz koronavirusla mübarizə fonunda da müəssisələrin, təşkilatların busahədəki aktivliyinə şahid olduq. Gördük ki, müəsisələrimiz, iş adamlarımızkoronavirusla mübarizə məqsədi ilə böyük vəsaitlər köçürdü.

Milli Məclis orduya dəstəkməqəsdi ilə böyük miqdarda vəsait köçürdü. Digər təşkilatlarımız da bu sahədəiş aparır. Bütün bunlar isə Azərbaycan xalqının həmrəyliyindən, dövlətimiz, AliBaş Komandanımız ətrafında sıx birliyindən xəbər verir”.

Seymur ƏLİYEV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.