Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

28-10-2020, 00:40           
Hadrutda qalmış erməni qadın:
“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla xəstəxanada birgə işləmişəm. Məni çox yaxşı qəbul edirdilər”.

Bu sözləri Hadrutun erməni işğalından azad olunması zamanı ermənilərin qoyub qaçdıqları iki nəfər yaşlı şəxsdən biri olan Yevgeniya Babayan deyib.

O qeyd edib ki, birlikdə yaşayış zamanı azərbaycanlılarla bir-birilərini qarşılıqlı olaraq evə dəvət ediblər və yaxşı yaşayıblar:

“Gəldim Hadruta, bir xeyli vaxt keçdi. Bu müharibə başladı. Ermənilər məni evin zirzəmisində qoyub qaçdılar. Dedilər ki, səni aparacağıq, aparmadılar. Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular.

Azərbaycanlı gəldi, mənə kömək etdi, dedi ki qorxma-qorxma bacı, avtomobillə Bakıya gətirdi. İndi Bakıda xəstəxanadayam. Məni yaxşı yedizdirirlər, yaxşı baxırlar. Çox minnətdaram. Ona görə ki, bizim ermənilər məni qoruya bilmədilər. Bizim ermənilər məni qoyub qaçdılar.

Atalar, analar, çətin şey deyil sülh yaratmaq, kömək edin ki, azərbaycanlılarla birgə yaşayaq. Bu həyat deyil, bu yaşayış deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru