"O zaman Ter-Petrosyan buna hazır idi"
3-11-2020, 09:11

“Mən, bir siyasətçi kimi 1990-cı illərdən Levon Ter-Petrosyanı izləyirəm. Onu Türkiyədə də şəxsən görmüşəm, aparılan müəyyən danışıqlarda da iştirak etmişəm. Hər zaman Levon Ter-Petrosyanı Azərbaycanla barışıq əldə etməyə qadir olan yeganə erməni siyasətçi hesab etmişəm. O zaman da Ter-Petrosyan buna hazır idi. Ancaq sonrakı illərdə onu hakimiyyətdən uzaqlaşdırdılar”.
Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, keçmiş Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Erməni Milli Hərəkatının lideri Levon Ter-Petrosyan haqqında danışarkən deyib.
Partiya sədri bildirib ki, Levon Ter-Petrosyanla 1992-ci ildə görüşüb: “Səhv etmirəmsə, həmin ilin iyununda Ter-Petrosyan Dağlıq Qarbağın muxtar statusu təmin edilmək üçün Azərbaycanla bir neçə simvolik əlavalərlə birlikdə sülhün əldə edilməsinə razı idi”.
S. Əkbər əlavə edib ki, Erməni Milli Hərəkatının proqramı ilə də yaxından tanışdır: “Onların bu mövqeyi tuturalı idi. Yəni siyasi proqram xarakteri daşıyırdı. Onlar istəyirdilər ki, Ermənistanı Yaxın Şərqin qapısına çevirsinlər. Bütün kommunikasiyalar – hansı ki bu gün Gürcüstandan keçir - Ermənistan üzərindən keçsin. Amma bunu həyata keçirə bilmədilər”.