"Bu şirkətlər Azərbaycanda Ermənistanla müqayisədə 12 dəfə çox qazanıblar" - Deputat

3-11-2020, 11:16           
"Bu şirkətlər Azərbaycanda Ermənistanla müqayisədə 12 dəfə çox qazanıblar" - Deputat
"Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Son olaraq, Johnson&Johnson şirkətinin paylaşımında qondarma respublikanın qondarma adını qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb.

İstehlakçılarımızın və eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşaraq xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya mühairbəsi aparmasından xəbər verir. Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar"

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, xarici şirkətlərin qərəzli mövqeyi onlar üçün çox itki ilə nəticələnə bilər:

"Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən, istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni xarici şirkətlər, o cümlədən Qarabağımız ilə bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib və satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə yaxın daha çox gəlir əldə ediblər.

Göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər. Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq.

Bir daha xatırlatmaq istərdim ki, təklif etdiyim kimi, biz bazarlıq edən zaman yerli və Türk mallarına üstünlük verəriksə, o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.