Rafael Cəbrayılov: "Hafiz Hacıyev siyasi arenanın klounudur"

30-01-2016, 22:02           
Rafael Cəbrayılov: "Hafiz Hacıyev siyasi arenanın klounudur"
Son zamanlar deputat Rafael Cəbrayılov haqqında dərc olunan məlumatlara aydınlıq gətirmək məqsədi ilə redaksiya olaraq Rafael Cəbrayılovun müsahibəsini təqdim edirik.

- Rafael müəllim son zamanlar sizin haqqınızda bəzi saytlarda müxtəlif xarakterli yazılar dərc olunmaqdadır. Hətta bununla bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də fikir bildirmişdi.

- Azərbaycan siyasətinin tör-töküntüsü olan Hafiz Hacıyevin məni tanımaması normal haldır. Çünki, Hafiz Hacıyev siyasi arenanın klounudur. Toylarda qısa zaman müddətində qonaqları əyləndirmək üçün dəvət olunan klounlar kimi, Hafiz Hacıyev də siyasi arenada bəzi şəxslərin maraqlarını təmin etmək üçün klounluq edir. Onun fəaliyyətinin yaxın keçmişinə nəzər saldıqda, bu çox aydın görünür. Bir neçə gün əvvəl ,Respublikanın xalq artisti Aygün Kazımovanın da ünvanına təhqiramiz ifadələr işlətmişdir. Hafiz Hacıyev xalq artisti Aygün Kazımovanın verdiyi cavabı “ləzzətlə həzm edərək, məmmunluq hissi keçirmişdir”. Aygün Kazımovanın tutarlı cavabını və Hafiz Hacıyevin bu cavabdan məmnunluq hissini nəzərə alsaq, onun vicdan adlı mənəvi dəyərdən əl çatmaz səviyyədə olmasını təsəvvür etmək çətin deyil. Bunu Hafiz Hacıyev dərk etməsə də Azərbaycan kişiləri yaxşı anlayır.

- Rafael müəllim, həmin yazılarda keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələrinizin olmasından və hətta şəxsi avtomobilinizə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilir.

Bu cəvəngiyyatdır. Mənim Eldar Mahmudovla heç bir əlaqəm olmayıb. Vaxtilə keçmiş nazir Fərhad Əliyev həbs olunduqdan sonra bəzi şəxslərin onun adamı olduğunu iddia etdikləri kimi, indi də Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasını fürsət bilən bəzi “jurnalistlərin” təxəyyülünün məhsuludur.Eldar Mahmudov və MTN işi ilə əlaqədar Cənab Prezidentin nəzrəti altında yoxlamalar aparılır və həmin yoxlamalrın nəticələri haqqında da ictimaiyyətə məlumat verilir. Mən məsləhət bilərdim ki, həmin saytlar rəsmi məlumatlara istinad etsinlər.

O ki, qaldı avtomobilimə məxsus 009 nömrəsinə, bu nömrə 2008-ci ildə alınıb. Həmin nömrə Binəqədi rayonundan II Ivə IV çağırış Milli Məclisə deputat seçildiyim Seçki dairəsininin və deputat mandatımın nömrəsidir. Bunun Eldar Mahmudovla nə əlaqəsi var ? Onda belə çıxır ki, bütün 009 avtomobil dövlət nömrələrini hamıya Eldar Mahmudov hədiyyə edib ?

- Yazılardan görünür ki, sizin sürücünüz Vüqar 2012-cü ildə Məlahət və Osman adlı şəxslərə qarşı dələduzluq etmişdir. Buna münasibət bildirməyinizi xahiş edirəm.

- Vüqar adlı şəxs mənim sürücüm olmamışdır. Uzun illərdir ki, sürücüm kiçik bacımın həyat yoldaşı Talıbov Aqil Mirqasım oğludur. Vüqar adlı şəxs qardaşım Elşən Cəbrayılovun rəhbərlik etdiyi tikinti şirkətində icarə əsasında mağaza işlətmişdir. Mağazaya satış üçün gətirdiyi malların pulunu ödəmədiyindən və digər dələduzluq hərəkətlərinə görə 2014-cü ilin yayından qovulmuşdur. Onun barəsində Nəsimi RPİ-də ARCM-nin 178-ci “dələduzluq” maddəsi ilə cinayət işi istintaq olunur. Hal-hazırda Vüqar axtarışdadır. Onun dələduzluq etdiyi çoxsaylı insanlar içərisində zərərçəkmiş qismində mənim öz qardaşım da var. Əgər Vüqar Məlahət vəOsman adlı şəxslərə qarşı həqiqətən dələduzluq etmişdirsə, onların üztututacaqları ünvan saytlar deyil, hüquq mühafizə orqanları və konkret olaraq Vüqar haqqında cinayət işi istintaq edildiyi Nəsimi RPİ-dir. Mənim üçün də maraqlıdır ki, 2012-ci ildə edilmiş dələduzluq faktı barədə bu insanlar indi niyə məsələ qaldırırlar və hər yazıda da müxtəlif məbləğlər iddia edirlər. Görünür axtarışda olan bir insana qarşı iddiası olmaqdansa deputatı şantaj etmək onlar üçün daha “məqsədəuyğundur”. Mənim Məlahət və Osman adlı şəxslərlə heçbir tanışlığım yoxdur.

-Rafael müəllim? qardaşınız Elşən Cəbrayılovun 1 mənzili 2 adama satması haqqında da bəzi fikirlər səsləndirilmişdir. Bu barədə nə deyə bilərsiniz?

-Bu mümkün deyil. Qardaşım uzun illərdir ki, tikinti işi ilə məşğuldur. İndiyə qədər heç vaxt belə bir iddiada olan şəxs olmamışdır. Əgər mənzil alqı-satqısıilə bağlı həmin şəxsin qardaşıma qarşı iddiası varsa, bunu onunla görüşüb aydınlaşdırmaq və ya məhkəməyə müraciət etmək olardı. Axı Məlahət xanım dediyi kimi hüquqşünasdır. Bunları daha yaxşı bilməlidir ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və mübahisələrin həll olunması yeri də məhkəmədir.

-Rafael müəllim yekun fikirlərinizi bilmək istərdik.

- Mən çox təəssüf edirəm ki, xəbər saytlarında mənim barəmdə jurnalist araşdırması aparmadan, qərəzli, reallığa uyğun olmayan, sifarişli yazılar gedir. Bu Azərbaycandakı demokratik mühittən sui-istifadədən başqa bir şey deyil. Belə çıxır ki, saytda hər kəs öz təxəyyülünün məhsulu olan absurd və qondarma yazılarla hər kəsi şantaj edə bilərlər. KİV haqqında qanuna görə mənbəyi olmayan faktların dərci yolverilməzdir. Mən əvvəlcə bu yazılara əhəmiyyət vermədən susmağa üstünlük verdim, amma görürəm ki, mənim susmağım bu insanların təxəyyülünü daha da artırır. Həmin saytlar unutmasınlar ki, onlar artıq mənim şərəf və layaqətimi təhqir etməyə çalışırlar və bunula bağlı lazım olarsa məhkəməyə də müraciət edəcəyəm.

Mən sizə təşəkkür edirəm ki, bu məsələni araşdırırsınız və mənim də mövqeyimi dərc etmək qərarına gəlmisiniz. Amma bir daha təəssüf edirəm ki, heç bir jurnalist, jurnalist araşdırması aparmadan birtərəfli, qərəzli məlumatlar dərc etməklə məşğul olmuşdular.
XəbərAl.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.