Deputat “Space” televiziyasının rəhbərini tənqid etdi: “Biabırçılıqdır”

6-01-2021, 07:48           
Deputat “Space” televiziyasının rəhbərini tənqid etdi: “Biabırçılıqdır”
Milli Məclisin deputatı Etibar Əliyev “Space” televiziyasının rəhbəri Vaqif Mustafayevi sərt tənqid edib.

KONKRET.az-ın xəbərinə görə, E.Əliyev deyib:

“Biz tez-tez jurnalistləri savadlı və məntiqli sual verə bilməməyə görə tənqid edirik. İndi “Space”də “Sadə həqiqətlər” adlanan mənasız və məzmunsuz verilişin aparıcısı olan bu televiziyanın rəhbəri Vaqif Mustafayevin partiya sədri Abutalıb Səmədova verdiyi sualı Sizə təqdim edəcəm. Adam elə bil ki, özəl ali məktəbdən “Space”ə praktikaya gəlib və ilk sualını verir: “Abutalıb müəllim siz həyatda çox sakit insansız, amma çox tez özünüzdən çıxırsınız. Bu da xarakteriniz haqqında düzgün təəssürat yaratmaya bilər. Bu barədə sizi görkəmli rus opera müğənnisi Fyodor Şalyapinlə müqayisə edərdim. Şalyapin həyatda çox sakit insan idi. Lakin məşqlərdə dirijor və musiqiçilərlə dalaşırdı. Belə tez təsirlənən həssaslıq psixofiziki xüsusiyyətdir. Lirik şairlərdə olur, o da gətirib intihara çıxarır. Biz belə şairləri intihardan xilas etməliyik. Necə ki, istehsalatda zərərli işlə məşğul olan fəhlələrə süd verirlər. Onları zəhərlənmədən qurtarsınlar.” Bunun bircə adı var. Biabırçılıq! Görün neçə illərdir belə bir adam “Space” adlanan televiziyaya rəhbərlik edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.