Vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif keçirə bilərsən - İnstitut direktoru

22-03-2021, 10:18           
Vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif keçirə bilərsən -
Vaksinləşdirmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər.

Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir:

"Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Türkiyədə də bununla bağlı aparılan apaşdırmalar nəticəsində vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalının olmadığı məlum olub. Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız. Lakin vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif şəkildə keçirə bilərsən".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru