Köçəryandan ŞOK ETİRAF: "Erməni ordusu indi elə bir vəziyyətdədir ki..."

6-04-2021, 08:21           
Köçəryandan ŞOK ETİRAF:
"Erməni ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli istənilən adamın ağlına revanş fikri gəlməz".

Publika.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan Rusiyanın birinci kanalında yayımlanan "Pozner" verilişinə müsahibəsi zamanı deyib.

"Buna görə də vəziyyətə bu cür baxmaq lazımdır: münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq”-deyə, o bildirib.

Koçaryan Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib:

"Yeni hökumətin (Nikol Paşinyan hökuməti - Red) Ermənistana gəlişi ilə, erməni tərəfi yeni tələblər irəli sürməyə başladı və onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra separatçıların iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü, sonra “Qarabağ Ermənistandır” və bununla da hər şey bitdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru