“Ermənilər babamı qılıncla qətlə yetiriblər” - Tanınmış bəstəkar

7-04-2021, 12:46           
“Ermənilər babamı qılıncla qətlə yetiriblər” - Tanınmış bəstəkar
“1918-ci ildə ermənilər babamı qılıncla qətlə yetiriblər”
Bunu Azvision.az -a qocaman bəstəkar Oqtay Rəcəbov erməni vəhşiliyindən danışarkən deyib. Sənətçi ulu babalarının 742-ci ildə Ərəbistandan Şamaxıya köçdüyünü xatırladıb.

“Ata babam Rza Rəcəb Şamaxılı olub. Azərbaycanda ilk Cümə məscidini ulu babalarım Şamaxıda tikdiriblər. Onlar 742-ci ildən 1918-ci ilə qədər orada axund olublar. Mən böyük bir axund nəslinin nümayəndəsiyəm. 1918 -ci ildə Şamaxıya ermənilərin hücumu zamanı babam ailəsini götürüb Bakıya qaçıb. Bakıdakı ailəsinin yaşayış yeri kimi 134 nömrəli məktəbi tikdirib. Mən sənədlərin hamısını KQB-dən axtarıb tapmışam.

Ancaq ermənilər bu cür varlı mülkədarı sağ buraxmaq niyyətində deyildilər. Onlar Rza kişini Bakıda da axtarııb tapıblar və onu qılıncla qətlə yetiriblər. Babamın ölümündən sonra 3 azyaşlı oğlu Zaqataladakı uşaq evinə verilib. Sovet hökuməti zamanı onların oxumaq, ali təhsil almaq imkanı yaranıb. Əmilərimdən biri hərbçi, digəri baytar, atam isə riyaziyyat müəllimi olub. Bu, hadisə ermənilərin Azərbaycanda böyük nəsillərin nümayəndələrini qətlə yetirməsinə aid nümunələrdən biri idi. 31 Mart soyqırımı mənim üçün atamın yetim qaldığı gün kimi tarixə düşüb. Bu soyqırımı unutmaq günah sayılar. Çünki babalarımızın, nənələrimizin qətlə yetirildiyi gündür”, - deyə tanınmış bəstəkar qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru