“İsgəndər-M” raketi Azərbaycan dövlətinin əlinə düşmüş ən böyük əşyayi dəlildir

19-04-2021, 10:42           
“İsgəndər-M” raketi Azərbaycan dövlətinin əlinə düşmüş ən böyük əşyayi dəlildir
Cahangir Hüseynov: "Bu məsələ mütləq beynəlxalq səviyyədə qaldırılmalıdır"

"Azərbaycana qarşı İsgəndər-M raketindən istifadə edilməsi ağır dövləti cinayətdir və bu cinayətdə iştirakçı olan hər kəs törədilmiş əmələ görə cavab verməlidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. Keçmiş deputat kanal24.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycan tərəfi baş vermiş cinayətlə bağlı Haaqa məhkəməsi, eləcə də digər hərbi cinayətlərlə bağlı mövcud olan beynəlxalq məhkəmələrə müraciət etməlidir: "Mən həm Xarici İşlər Nazirliyi, həm də Prezident Administrasiyasına müraciət edərək bildirirəm ki, beynəlxalq hüquqşünaslarla birlikdə aparılan məsləhətləşmələrin nıəticəsi olaraq Avropa, Haaqa məhkəməsinə müraciət edilsin. Bütün dünyanı ayağa qaldırmaq lazımdır. Əks təqdirdə 5 ildən sonra növbəti oyun çıxaracaqlar. Ermənilər tarix boyunca törətdikləri xəyanətlərə görə əzilib, məğlub edilsələr də, lakin müəyyən müddət sonra ayaqlanıb yenidən Azərbaycan və Türkiyəyə qarşı qəsdlər həyata keçiriblər. Artıq yetər".

Cahagir Hüseynov bildirib ki, bu məsələ mütləq beynılxalq səviyyədə qaldırılmalıdır: "Lazım gələrsə hətta Birləşmiş Ştatlara da bu problem çatdırılmalıdır. "İsgəndər-M" raketi Azərbaycan dövlətinin əlinə düşmüş ən böyük əşyayi dəlildir. Çünki Amerika ilə keçmiş SSRİ arasında 1983-cü ildə imzalanmış müqaviləyə əsasən "İsgəndər-M" raketinin satışı qadağan olunub. Buna rəğmən necə olub ki, nüvə başlığı daşıyan ballistik raket Ermənistana verilib. İndi də özlərini məlumatsız kimi qələmə verirlər. Biri deyir raket Rusiyadan atılıb, digəri deyir "İsgəndər-M" raketi qaçaqmal yolu ilə Ermənistana aparılıb. Necə ola bilər ki, bu böyüklükdə silah məxfi şəkildə Ermınistana aparılıb? Bunun üçün beynəlxalq səviyyədə araşdırma getməli, istintaq aparılmalıdır ki, raket Ermənistana hansı yola aparılıb, kimlər bu prosesdə iştirak edib. Təəssüflər olsun ki, bu gün nə Rusiya Prezidenti Vladimir Putin, nə Pskov, nə Mironov, nə də digər səlahiyyət sahibləri bu barədə bir kəlmə belə danışmır. Halbuki onlar danışanda dillərini o qədər uzadırdılar ki, onlara cavab verə bilmirdik. İndi isə hamısı susub, səslərini çıxarmırlar. Bu suallara cavab verilmılidir ki, necə olub "İsgəndər-M" raketi Şuşaya düşüb. Bəlkə onu Bakıya atacaqdılar. Yaxud raket partlasa hansı fəsadlar törədərdi?. Minlərlə insan bu hadisədən xəsarət almalı, vəfat etməli idi? Necə ki, Tərtər, Bərdə və Gəncədə anoloji hadisələr baş verdi".

Cahangir Hüseynov deyib ki, belə həssas məsələdə Azərbaycan cəmiyyəti də fəal olmalı, öz mövqeyini ortaya qoymalıdır. Sabiq deputat hesab edir ki, bu kimi məsələlərdə iqtidar-müxalifət ayrıseçkiliyi, radikallıq etməyə gərək yoxdur: "Gəlin böyük dərdlərimizlə məşğul olaq. İqtidarlı müxalifətli hər kəs birləşib respublikamıza qarşı yönələn bu təhdidlərin, erməni hiyləgərliyinin qarşısını alaq".

Sabiq deputat onu da deyib ki, 44 günlük Vətən müharibəsi də ermənilərə dərs olmayıb. Onun sözlərinə görə, düşmən ölkədə baş verən daxili proseslər və İrəvanda səsləndirilən revanşist çıxışlar belə deməyə əsas verir: "Mən İrəvanda cərəyan edən prosesləri izləyirəm. Gəldiyim qənaət ondan ibarətdir ki, ermənilər yenə dava, müharibə axtarır, qan tökülməsini istəyirlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.