“Kreml bu işin içindən necəsə çıxmalıdır...” – “İsgəndər” raketi ilə bağlı qalmaqal necə sonuclanacaq?

22-04-2021, 19:30           
“Kreml bu işin içindən necəsə çıxmalıdır...” –
"Moskva tutarlı açıqlama verməsə, Rusiyaya qarşı sanksiya tətbiq edilməsi üçün əlimizdə olan kifayət qədər sübut və dəlilləri beynəlxalq hüquq müstəvisində işə salmaq imkanı yaranacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyadan Azərbaycan ərazisinə atılan "İsgəndır-M” raketilə bağlı dolğun və tutarlı cavab alınmayacağı təqdirdə bu ölkənin beynəlxalq məhkəməyə verilməsi perspektivindən danışarkən hüquqşünas Ələsgər Əhmədoğludeyib:

"Bununla bağlı Azərbaycan Prezidentinin verdiyi açıqlama kifayət qədər əhatəli idi. Onun vediyi bəzi ipuclarından görünür ki, atılan həmin raketlə bağlı Azərbaycanın əlində həm də radar bilgiləri var. Silahın hansı trayektoriyadan atıldığı da dəqiq bilinir”.

Həmsöhbətimiz bildirdi ki, yaxın günlərdə ərazimizə atılan həmin raketlə bağlı daha geniş məlumatlar ictimaiyyətə açıqlana bilər:"Prezidentin çıxışından gördüm ki, qarşı tərəf doğru qərar verməsə, irəliləyən günlərdə bu məlumatların da sızma ehtimalı yox deyil. "İsgəndər-M”in Rusiyanın istəyi və marağı olmadan ölkədən kənara çıxması mümkün deyil. Çıxıbsa, deməli, Rusiya dövləti çöküb.

Bu hallar Rusiyanın hüquqdan uzaq ərazi olduğu anlamına gəlir. Həmin vəziyyət həm də Rusiyanın Azərbaycanda sülhməramlı olma şansını tamamilə itirməsi demək olacaq”.

Ə. Əhmədoğlu düşünür ki, Moskva yalandan da olsa baş vermiş olayı hansısa qrupun üzərinə atıb, qəbul etməlidir: "Bunun alrernativi yoxdur. Kreml gec-tez bunu edəcək. Sadəcə, məsələni bir qədər uzatmağa çalışırlar ki, bəlkə unudula”.

Hərbçi ekspert İbrahim Rüstəmli isə Moskva ilə münasibətləri gərginləşdirməmək üçün beynəlxalq məhkəmə məsələsini qabartmağı məqsədəuyğun saymır:

"Azərbaycan qarşıya qoyduğu hədəflərə çatıb. Rusiyanın Qarabağ müharibəsində tutduğu adekvat möqe də ölkəmizi qane edib. Qane etməyən tərəflər ermənilərə Rusiyanın silah verməsi, birgə təlimlər və digər məsələlər isə Azərbaycan prezidenti tərəfindən açıqlanıb və ona münasibət bildirilib.
Ona görə də bu addımı məqsədəuyğun hesab etmirəm. Yəqin ki, Azərbaycan tərəfi bu addımı atmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.