Fulya Öztürk: “Qarabağda dəfələrlə qətliamların şahidi oldum” - VİDEO

27-04-2021, 22:11           
Fulya Öztürk: “Qarabağda dəfələrlə qətliamların şahidi oldum” - VİDEO
İkinci Qarabağ müharibəsi zamanı çəkiliş qrupu ilə bölgədə olan CNN Türk telekanalının müxbiri Fulya Öztürk orada gördüklərindən danışıb.

GZT sosial media platformasına müsahibə verən müxbir bildirib ki, qətliamı görə-görə dünyaya göstərmək çox ağır işdir.

“Mən bu qətliamların dəfələrcə şahidi oldum. Gəncəyə hücum zamanı mən də orada idim, yataqda uzanıb İlham Əliyevin tvitlərini izləyirdim. Elə bu zaman möhkəm bir gurultu səsi gəldi və yatağımdan yerə yıxıldım”, - deyə jurnalist xatırlayıb.

Gəncə şəhərinin raket atəşinə tutulmasından dərhal sonra canlı yayıma çıxan və altı saat ərzində hadisə yerində çalışan müxbir yaşadıqlarını əsl dəhşət, dinc əhaliyə qarşı edilən bu hücumları isə soyqırımı adlandırıb.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk 34 gün ərzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru