"Vaksinasiya məcburi olsun, tam qapanmaya gedilsin" - Mirşahin Ağayev

6-05-2021, 10:59           
"Vaksinasiya məcburi olsun, tam qapanmaya gedilsin" - Mirşahin Ağayev
"Real” televiziyasının direktoru Mirşahin Ağayev Operativ Qərargahı karantini sərtləşdirməyə çağırıb.

Sfera.az xəbər verir ki, M.Ağayev qeyd edib ki, bayram günlərində tam qapanma tələb edir: "Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.

Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!

Bütün "aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.

Bir millət, İki dövlət! deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru