Tofiq Zülfüqarovdan Araik Arutyunyanla bağlı ŞOK AÇIQLAMA

12-05-2021, 21:02           
Tofiq Zülfüqarovdan Araik Arutyunyanla bağlı ŞOK AÇIQLAMA
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağdakı keçmiş və qondarma qurumun "təmsilçisi" Araik Arutyunyanla bağlı Azərbaycan məhkəmələrinin həbs qərarı çıxarması və haqqında axtarış elan edilməsi müqabilində Rusiyaya mütəmadi səfərlər etməsi və Moskvanın onu nə üçün qandallayaraq Azərbaycana təhvil verməməsi barədə suala maraqlı cavab verib.

Teref.az bildirir ki, T.Zülfüqarov "Teleqraf.com"a müsahibəsində deyib ki, hazırda Dağlıq Qarabağda reinteqrasiya prosesi gedir: "Mən belə düşünürəm. Söhbət hazırda ermənilər yaşayan bölgələrin Azərbaycana qayıdışından gedir. Proses budur. Bu prosesdə də müxtəlif mərhələlər var. De-fakto 30 il ərzində orada formalaşmış hansısa qurumlar mövcud olub. İnsanlar da bu qurumların koordinasiyasında yaşayıblar. Keçid dövründə onlardan istifadə olunması hesab edirəm ki, praktiki haldır. O mənada ki, bəli, Araik Arutyunyanı tutub həbsxanaya salmaq olardı. Amma o da hansısa işləri görməlidir. Yumşaq şəkildə desək, o da getməmişdən qabaq hansısa işləri gerçəkləşdirməlidir. Bu da bəllidir (gülür)".

"Araik nə kimi işlər görə bilər ki?" sualına cavabında sabiq nazir deyib: "İlk növbədə gəlin, ümumi siyasi məntiqə baxaq; yəni, hazırda orada nə baş verir. İndi Xankəndidən və Azərbaycanın hələlik nəzarət etmədiyi ətraf ərazilərdən Ermənistan hərbçilərinin tam şəkildə çıxarılması mövzusu aktualdır. Bu missiya tamamlanandan sonra digər bir mövzu aktuallaşacaq. Bu da həmin ərazilərdə təhlükəsizliyin təminidir. İndiki mərhələdə bu işi yerli qeyri-qanuni qurumlar aparır. Yəni, hazırda bu işi onlar “görür”. “Polis” və digər funksiyaları həmin “qurumlar” həyata keçirir. Onların buraxılması və həmin “qurumların” Azərbaycan Konstitusiyasına uyğun olan qurumlarla əvəzlənməsi bir sonrakı məsələdir. Məntiqlə, Ermənistan hərbçilərinin bölgəni tərk etməsindən sonra bu, baş verməlidir. Bu baxımdan keçid dövrünə aid hansısa işlər görülməlidir. Bu işləri həyata keçirmək üçün biz de-fakto hansısa insanlardan istifadə etməliyik. Praktiki baxımdan belədir. Bilirsiniz, mən də digərləri kimi populist çıxışlar edə bilərəm. Deyə bilərəm ki, Xankəndiyə bayraq asılmalıdır. Filankəslər həbs olunmalıdır, Azərbaycan məhkəmələri qarşısına çıxarılmalıdır və sair. Real işlər görmək üçün gərək real yanaşma olsun. Artıq görünən odur ki, Araik ümumiyyətlə sakitləşib. Digər tərəfdən, hiss olunur ki, artıq onunla belə bir kontakt mövcuddur. Çünki görüşlər baş verib və sair məsələlər gerçəkləşib. Hesab edirəm ki, Ermənistan hərbçiləri bölgəni tərk edib gedənə qədər belə insanlarla əlaqə qurub öz məqsədlərimizə nail olmalıyıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.