Sergey Markov: “Ermənilər yeddi rayonu vermək fikrində deyildilər”

15-11-2021, 07:45           
Sergey Markov:
"Dağıntılara gəlincə, biz əlbəttə bütün bunları görəcəyimizi gözləyirdik, əlbəttə ki, acılıq, ədalətsizlik, xüsusən də Qarabağ xanlığının qədim paytaxtı belə dağıdılıb.

Bu, əlbəttə ki, faciəvi təsəvvürdür. Prinsipcə, biz buna hazır idik, çünki bu yaxınlarda Ağdamda oxşarını görmüşdük”.

Bunu Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, bütün bunlar yaşıllıqlar arasında ailə qəbiristanlığı kimi qəbul edilir. “Eyni yerdə, bu kəndlərdə uzun əsrlər boyu evlərdə 30 il əvvəl erməni yaraqlılarının ölüm qorxusu, etnik təmizləməsi qarşısında qaçmağa məcbur olmuş insanlar yaşayıblar”, - o deyib.

"Məni çoxlu sayda beton dirəklərin üzərində tikanlı məftillər və hasarlar heyrətləndirdi. Axı bütün bunlar ermənilər tərəfindən hərbi əməliyyatlar üçün hazırlanmışdı. Sergey Lavrovun sözlərini xatırladım (Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı - red.), hansı ki, mənə şəxsən dedi ki, Azərbaycan tərəfi bu yerlərdən ilk fotonu göstərəndə anladıq ki, ermənilər bu yeddi rayon verməyə hazırlaşmırdılar", - Markov qeyd edib.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru