İrəvanın təxribatlarına Qara dənizdən baxın - Krutakov

15-11-2021, 18:53           
İrəvanın təxribatlarına Qara dənizdən baxın - Krutakov
Qafqazdakı stabilliyi pozmağa hesablanan təxribatların arxasında rəsmi Vaşinqton durur.

Bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov Ermənistanın son zamanlar törətdiyi təxribatlar haqda danışarkən deyib.

Onun sözlərinə görə, baş verənləri nəticələrə görə mühakimə etmək lazımdır:

“Top atəşləri və təxribatların nəticəsi nədir? Destabilizasiya, bütün Qafqazda böyük sabitliyin pozulması. İndiki mövqe Qafqazın həyati maraqlar zonasına düşdüyü ölkələr və güclər arasında bir növ konsensusdur, qlobal oyunçulardan danışırıqsa, bunlar ilk növbədə Türkiyə və Rusiyadır. Kim Qafqazda sabitliyin pozulmasında maraqlıdır? Bu məqamda Qafqazın “Bir kəmər - bir yol” adlı yeni Avrasiya inteqrasiya layihəsi üçün əsas mərhələ olduğunu başa düşmək prinsipial olaraq vacibdir. Böyük İpək Yolu dövründə Qara dəniz dünya iqtisadiyyatının hesablaşma masası sayılırdı və bu gün də nə Qafqaz, nə də Qara dəniz Böyük Avrasiyadakı rolunu itirib. Əgər Qafqazda status-kvonu destabilləşdirən təxribatlara NATO gəmilərinin Qara dənizdən keçməsi və Donbasda gərginliyi də əlavə etsək, o zaman bu oyunda maraqlı tərəfin kimin olduğu üzə çıxacaq. Adını çəkməyə ehtiyac yoxdur, amma yenə də deyim: bu, Vaşinqtondur”, – deyə rus analitik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru