"Bundan sonra ermənilərlə dostluq, qonşuluq münasibəti qura bilməyəcəyik" - BİTDİ BU MƏSƏLƏ!!!

17-11-2021, 19:16           
"Bundan sonra ermənilərlə dostluq, qonşuluq münasibəti qura bilməyəcəyik" - BİTDİ BU MƏSƏLƏ!!!
“Bundan sonra ermənilərlə dostluq, qonşuluq münasibəti qura bilməyəcəyik. Bu əsrlərlə davam edən düşmənçilikdir...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Gülyanaq Məmmədova deyib.

Cəbhəboyu baş verən hadisələrə münasibət bildirən sənətçi bundan sonra ermənilərlə mehriban münasibətdə ola bilməyəcəyimizi deyib:

“Cəbhəboyu baş verən hadisələri izləyirəm. Bu hadisələrdən sonra gələcək necə olacaq onu dəqiq demək olmaz, amma bizim güclü ordumuz, dövlət başçımız var. Bu mövzuda o nə məsləhət görəcəksə, o cür də addımlayacağıq. Bu işləri yoluna qoyacaqlar, biz də xalq olaraq hər zaman onu dəstəkləyirik.

Bütün bunlara baxmayaraq, mən əvvəldən düşünmüşəm ki, biz bundan sonra ermənilərlə dostluq, qonşuluq münasibəti qura bilməyəcəyik. Bu əsrlərlə davam edən düşmənçilikdir, ötən əsrdən davam edir, bizə bu qədər zülm yaşatdılar, balalarımızın qanı töküldü, nə qədər günahsız insan qırıldı, torpaqlarımı 30 il işğalda qaldı... Bu qədər baş verənlərdən sonra düşmən dediyimiz insanla bir yerdə yaşaya bilərikmi? Heç vaxt. Amma biz yenə də hər zaman hamıya qarşı mehriban olmuşuq, hamıya qucaq açmışıq, bunu onlar qanmadısa, artıq öz günahlarıdır. Biz onlara artıq “dost” deyə bilmərik. Yenə də Ali Baş Komandanımız nə qərar versə, elə davam edəcəyik. Ona inanırıq, güvənirik, əminik ki, sonda hər şey yaxşı olacaq. İnşallah, bir qarış torpağımız belə onlarda qalmayacaq, özləri çıxıb gedəcəklər”.

G.Məmmədova şəhid xəbərindən sarsıldığını bildirib:

“Şəhid xəbəri məni çox üzdü. Bu qədər şəhid verdikdən sonra yenə 7 şəhidin olması məni çox sarsıtdı. Dərsdən indi gəlmişəm, dərs boyu tələbələrim də üzgün idi. Sevinirdik ki, artıq müharibə bitdi, daha şəhidimiz olmayacaq, amma bunlar dinc durmurlar. Lazımi tədbirlər təbii ki, görülür və bundan sonra da görüləcək, amma hər bir şəhid xəbəri xalqı üzür, onlar bizim balalarımızdır axı. Biz istəmirik ki, ölüm-itim olsun, şəhid xəbəri alaq. Bizim millətimiz qonaqpərvər, mehriban, sülhsevərdir, bunu qanmayanlar qanmadısa, özləri bilər, özləri belə istədilər. Ona görə cavabları layiqincə verilməlidir. Əgər susmasalar davamı olacaq və bu dəfə birdəfəlik susdurulacaqlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.