“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub...”

30-11-2021, 07:43           
“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub...”
“Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım".

Yenisabah.az xəbər verir ki, bu fikiri Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan "24News"a müsahibəsində səsləndirib.

"ArmenianReport" nəşrinin yazdığına görə, “Şərəfim var” fraksiyasının katibi bildirib ki, bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur.

Mamicanyan Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünməməsini, danışıqlar masası arxasında yox, hardasa masanın altında olmasını deyərək baş naziri tənqid edib.

“Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Baş naziri məhbus və sərhəd məsələləri maraqlandırmır, ancaq dövlət bağ evinin olması, hakimiyyətdə qalması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır. Şuşa məsələsinin danışıqlara daxil edildiyi ilə bağlı ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı", - deyə Mamicanyan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru