Ekspert Müdafiə Nazirliyindəki qalmaqaldan danışdı
31-03-2016, 09:34
Üzeyir Cəfərov: «Rusiyanın Azərbaycana keyfiyyətsiz silah ötürmək məsələsi gündəmə gələn zaman Müdafiə Nazirliyində baş verən dəyişiklik təsadüfi deyil»
Martın 29-da Rusiya prezidenti Vladimir Putin Nijniy Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib. Virtualaz.org xəbər verir ki, iclasda Rusiyanın silah ixracına dair məsələlər müzakirə olunub.
Putin bəyan edib ki, Rusiya silahlarına tələbat sürətlə artır və Suriyada keçirilən hərbi əməliyyatlar da tələbatın artmasına səbəb olub. Çünki bu əməliyyatlar zamanı Rusiyanın yeni silahları real döyüş şəraitində uğurla sınaqdan çıxıb. Putinin sözlərinə görə, ötən il Rusiya 14.5 milyard dollarlıq silah ixrac edib. Sifarişlər portfeli isə rekord həddə – 52 milyard dollara çatıb.
“Kommersant” yazır ki, Putin MDB ölkələrinə silah ixracının da genişləndiyini, yeni sifarişlərin daxil olduğunu deyib. Qəzetin yazdığına görə, bu zaman Putin Azərbaycanla 2011-ci ildə imzalanmış müqaviləyə də istinad edib. Həmin müqaviləyə əsasən Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
Bununla belə “Kommersant” qeyd edir ki, iclas tənqidlərsiz də ötüşməyib. Putin 2011-ci ildə Fransadan iki “Mistral” vertolyotdaşıyan gəmisinin alınmasına dair bağlanmış müqavilənin şərtlərinin Rusiya üçün tam əlverişsiz olduğunu deyib. Çünki, həmin müqaviləyə əsasən, Fransa tərəfi hökumətin qərarı ilə müqaviləni pozmaq imkanı əldə edib.
“Putin Azərbaycana keyfiyyətsiz BTR-lərin satılmasını etiraf etdi”
Habelə müqavilə birtərəfli qaydada pozulardısa, Rusiya 1 milyardlıq müqavilədən cəmi 20 faiz ödənişi geri ala bilərdi. Ikinci məsələ isə imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı texniki problemlərlə, konkret olaraq Azərbaycana BTR-82A zirehli transportyorlarının göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Xatırladaq ki, martın əvvəllərində Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin “Rosoboroneksport”un nümayəndələri ilə Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, səfər Azərbaycan tərəfinin sifariş verdiyi silahlara və texnikaya görə ödənişləri gecikdirməsi ilə əlaqəlidir. Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.
“Məmmədyarovun tənqidi”
Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib. Habelə dünən məlum olub ki, Roqozinin Bakıya səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika Idarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad edilib, barəsində cinayət işi qaldırılıb. Onun Rusiya ilə silah müqaviləsindən hansısa formada korrupsiya məqsədi ilə yararlanmaq istədiyi bildirilir.
Baş verənlərin fonunda Müdafiəÿ Nazirliyinin Silah vəÿTexnika Idarəsinin rəisi, polkovnik Yaqub ÿƏhədovun vəzifəsindən azad olunması da maraq doğurur. Y.Əhədovun eyni zamanda nazir Zakir Həsənovun ÿəmrilə ÿrütbəsi aşağı salınıb və barəsindəÿ cinayət işi açılıb. Nazirlikdən verilən məlumata görə,ÿ polkovnik Yaqub ÿƏhədov “xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb. Bəzi ehtimallara görə, Y.Əhədovun vəzifədən uzaqlaşdırılması Rusiya ilə keyfiyyətsiz silah alış-verişi ilə bağlı ola bilərdi. Amma o da nəzərə alınmalıdır ki, bu məsələyə təkcə MN məsuliyyət daşımır. Əgər Yaqub ÿƏhədov həqiqətən dəÿbu məsələyə görə vəzifəsindən azad edilibsə, o zaman bu proses davamlı da ola bilər. Çünki Yaqub ÿƏhədov silah alış-verişindəÿ son söz deyəcək ranqda deyil.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiyanın Azərbaycana keyfiyyətsiz silah ötürmək məsələsi gündəmə gələn zaman MN-də baş verən kadr dəyişikliyi təsadüfi deyil. Ekspert vurğuladı ki, Rusiya tərəfinin Azərbaycana sırımaq istədiyi silahlar düzgün olaraq qəbul edilməyib. Y.Əhədovla bağlı araşdırma aparıldığını deyən Ü.Cəfərov vurğuladı ki, Y.Əhədov işinin peşəkarıdır və bir çox prinsipial məqamlarda mövqe nümayiş etdirib: “Bu məsələdə rüşvət və korrupsiya hallarının olub-olmadığını bilmirəm. Amma istənilən halda görünən odur ki, Rusiya tərəfi özünü səmimi aparmayıb. Müqavilədə göstəriləndən çox-çox aşağı parametrli silahlar Azərbaycan tərəfinə göndərilib. Azərbaycan tərəfi də haqlı olaraq həmin silahları qəbul etmirdi. Əslinə qalsa, Rusiya Azərbaycana təzminat ödəməlidir. Çünki, imzalanan müqaviləyə görə, tərəflərdən biri şərtləri pozarsa, maddi və hüquqi məsuliyyət daşıyırlar. Rusiya tərəfi də Roqozinin səfəri zamanı açıq etiraf edib ki, rus mütəxəssislər kobud səhvə yol veriblər”.
Ü.Cəfərovun fikrincə, bu cür məsələlər yenidən təkrarlanarsa, Azərbaycan Rusiyadan silah alıb-almamaq məsələsini ciddi müzakirə edə bilər. Ona görə bu istiqamətdə hərtərəfli araşdırmanın aparılması vacib məqamdır. “Faktiki olaraq Rusiya özünü etibarlı müttəfiq kimi göstərmədi. Bu isə daha çox Rusiyanın ziyanına işləyən faktordur. Çünki Azərbaycan müqavilədə göstərilən məbləği tam ödəyib. Rusiya parametri aşağı silahları Azərbaycana vermək istəyib”, deyə Ü.Cəfərov vurğuladı.