"Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar"

13-01-2022, 12:33           
"Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar"
“Talantlı və riyazi təfəkkürlü gənclərimizin heç biri müxtəlif səbəblərdən ali məktəbdən kənarda qalmamalıdır. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Ancaq unutmamalıyıq ki, nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Gənclərin ali təhsillə əhatə əmsalını 60 faiz qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən testi sadələşdirmək lazımdır”.
Teref.az Bakupost.az-a istinadən​ xəbər verir ki, bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur: ​ “Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur”.
Şahlar Əsgərov qeyd edib ki, test imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir: “Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara​ ehtiyac yoxdur”.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.