Hər şey peyvənd bazarı üçün? - “Dünyanın özünü laboratoriyaya çeviriblər” - HƏKİM

21-01-2022, 08:05           
Hər şey peyvənd bazarı üçün? -
“Microsoft”un qurucusu Bill Qeyts koronavirusdan daha pis ola biləcək pandemiya barədə xəbərdarlıq edib və hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlar ayırmağa çağırıb.

Bu barədə “Financial Times” məlumat yayıb. Qeyts bildirib ki, koronavirusun "Omikron" və "Delta" ştammları indiyədək ən çox ötürülən viruslar arasında olsa da, dünya ölüm və ya ağır xəstəliyə daha çox səbəb olan patogenlə üzləşə bilər. O əlavə edib ki, gələcək pandemiyaya hazırlaşmaq üçün yeniliyin böyük hissəsi HİV peyvəndi, vərəm və malyariyaya qarşı daha effektiv peyvəndlər faydalı ola bilər.

Bill Qeytsin növbəti xəstəliklər, onlardan qorunmaq üçün peyvəndin lazımlığı haqqındakı fikirləri yeni peyvənd bazarının aktivləşməsini zəruri edir. Cəmiyyətlərdə bütün baş verənlərin əslində peyvənd bazarı üçün qurulduğuna dair fikir yaranır. Dünya ölkələrində bu istiqamətdə müzakirələr xeyli müddətdir ki, davam edir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-farmakoloq Aydın Əliyev deyib ki, elm insanların sağlamlığına xidmət etməlidir:

“Moskvada SSRİ Farmokologiya Elmi Tədqiqat İnstitutunda sual qaldırmışdım ki, yeni dərmanlardansa, tibbə məlum olan dərmanları ayrı-ayrı xəstəliklərdə yoxlayaq. Təbii ki, bu, mənim təklifim idi. Bu gün dünyada Bill Qeyts kimilər koronavirusla bağlı ən çox varlananlar oldular. Çox təəssüf ki, insanların sağlamlığı ayrı-ayrı insanların nəzarətinə keçdi. Dünyada texniki cəhətdən elmin inkişafı artdı, texnika isə insanların sağlamlığına yox, məhvinə qulluq edir. Yəni insanların sağlamlığı üçün olan elm insanların məhvi üçün olan elmdən çox geri qalır. Dünyada sağlamlıq mənbəyi insanla təbiət arasındakı əlaqələrdir. İnsanla təbiətin biri-biri ilə əlaqəsi nə qədər çox olsa, həm insan sağlam olur, həm də təbiətdə ekoloji problemlər az olur”.

Həkim qeyd edib ki, ekologiya daha çox çirkləndiyi üçün cürbəcür xəstəliklərin yaranması qaçılmazdır:

“Əlbəttə, Bill Qeyt kimilər bilirlər ki, dünya ekologiyasını cürbəcür maşınlarla, qidalarla, keyfiyyətsiz sularla, maddələrlə zəhərlədiklərinə görə getdikcə yeni xəstəliklər onsuz da yaranacaq. Xəstəliklərdən cürbəcür istifadə etmək üçün bioloji laboratoriyalar var. Amma dünyanın özünü elə laboratoriyaya çeviriblər. Ekologiya o qədər çirklənib ki, getdikcə xəstəliklər çoxalır. Belə adamların fikirlərinin müsbət tərəfi odur ki, ayılmaq lazımdır. Nə qədər keyfiyyətsiz qida istifadə ediriksə, təbii ki, xəstəliklər çoxalacaq. Özümüz ayılmalıyıq. Özümüz təsərrüfatımızı idarə eləməliyik. Hərəmiz öz işimizi keyfiyyətli görməliyik. Xəstəliklərə səbəb həkimlər deyil, digər sahənin adamlarıdır. Ölkəmizin maddi cəhətdən gücü artsa, bizdə də dərman zavodları açılar, bu planda da var, öz xalqımıza uyğun dərman maddələri istehsal edərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.