Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA

21-01-2022, 19:07           
Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA
Rusiyanın Soçi şəhərində keçirilən “KİVİN-2022” yarışmasında ikinci tura yüksələn “Şuşa” KVN komandasının adının tədbir təşkilatçılarının təzyiqi ilə “Buta” ya dəyişdirilməsi haqqında oxuculara məlumat vermişdik.

Bu məsələ tanınmış şəxslər tərəfindən heç də xoş qarşılanmayıb və narazılıqlarına səbəb olub.

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdər artist Tahir İmanov Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib.

O, ilkin olaraq özünün də komanda heyətindən açıqlama gözlədiyini bildirib:

“Təbii ki, bu məsələyə bizim açıqlamamız, münasibətimiz var. Əvvəlcə qoyun komandanın rəhbəri, onları yarışmaya göndərən qurumlar cavab versin, sonra biz də fikirlərimizi bildirəcəyik. Təbii ki, onlar indi üstüörtülü cavab verib özlərini günahsız göstərəcəklər. Amma yenə də ilk olaraq adını qeyd etdiklərim məsələ ilə bağlı açıqlama versin. Sonra bizim də sözümüz olacaq onlara”.

Qeyd edək ki, sözügedən komandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasovdur. Onunla bir neçə dəfə faktı dəqiqləşdirmək üçün telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavab vermədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.