Avropa yeni qaz mənbələri axtarışında - Hələ də Putindən asılıdırlar

7-04-2022, 11:48           
Avropa yeni qaz mənbələri axtarışında -
“Avropa ölkələri Rusiya qazından imtina etsə, sənayelərinə və ümumi iqtisadiyyatlarına böyük zərbə dəyəcək”.
Bu sözləri millət vəkili Asim Mollazadə Bakupost.az -a açıqlamasında qeyd edib.
Deputatın sözlərnə görə, Avropa Birliyi yeni mənbələr axtarışındadır:

“Hazırda Avropanın bir sıra ölkələri Rusiya qazından imtina etmək istəmir. Əsas səbəb bu ölkələrin Rusiya qazından asılılığıdır. Avropa ölkələri Rusiya qazından imtina etsə, sənayelərinə və ümumi iqtisadiyyatlarına böyük zərbə dəyəcək. Ona görə də bu məsələ hələ uzanacaq. Avropa Birliyi yeni mənbələr tapmağa hazırlaşır. Söhbət Qətər, Amerika, Avstraliya maye qazından gedir. Amma ilk növbədə Avropa ölkələrində müvafiq terminallar olmalıdır ki, maye qazı qəbul edib ümumi sistemə daxil etsin. Bu proses ən azı 1-2 il tələb edir. Ona görə də bu istiqamətdə ciddi dəyişikliklərin olmayacağını düşünürəm. Sanksiyalar neftlə, Rusiyadan idxal olunan kömürlə bağlı ola bilər. Xüsusilə Rusiyaya qarşı maliyyə sahəsindəki sanksiyalar onun iqtisadiyyatına çox ciddi mənfi təsirini göstərəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.