Erməni ekspert: “İran, Ermənistan və Gürcüstan üzərindən Avropaya qaz kəmərinin çəkilməsi sadəcə xəyaldır”

7-04-2022, 11:18           
Erməni ekspert:
“İran qazının hasilatına yalnız Çin və Hindistan sərmayə qoyur. Onlar sərmayə qoymaqda və İran qazını Avropaya ixrac etməkdə maraqlı deyillər”. Ordu.az xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik üzrə erməni ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, həm Pekin, həm də Yeni Dehli vəsaitləri yalnız şəxsi məqsədləri üçün yatırır.

“İran, Ermənistan və Gürcüstan üzərindən Avropaya qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar sadəcə xəyaldır. Bunun heç bir real əsası yoxdur. Yalnız bir problemi qeyd etmək kifayətdir. Qara dənizi aşmaq asan problem deyil. Bu, təkcə hüquqi baxımdan deyil, fiziki cəhətdən də çətindir. Hətta müvafiq konvensiya da var. Qara dənizi necə aşmaq lazım olduğunu açıq şəkildə ifadə edir. Qara dəniz iqtisadi zonalarının böyük hissəsi Türkiyə və Rusiyaya məxsus olduğundan, Avropa və İran ya Moskva, ya da Ankara ilə razılığa gəlməli olacaq”, - deyə Manvelyan qeyd edib.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru