Universitetlərə inam azalıb - Rektor

8-04-2022, 00:05           
Universitetlərə inam azalıb - Rektor
“Keçmişlə müqayisədə universitetlərin sayı əhəmiyyətli dərəcədə artıb. Amma universitetlərin sayının artması sanki onlara olan inamın azalması ilə müşayiət olunur”.
Bu fikrin Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor qeyd edib ki, universitetlər qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən “yaxşı mütəxəssis tapa bilmirik” iradlarına son qoymaq üçün universitetlərə inamın bərpası da həlledici amillərdəndir:
“Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması da yanlış görünür. Eləcə də, universitetlərin “məhsulu”nun, yəni məzunlarının və eləcə də “qiymətləndiricilər”in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru