“NATO Ukraynaya yetərincə kömək etmir” – Tramp

8-04-2022, 07:46           
“NATO Ukraynaya yetərincə kömək etmir” – Tramp
ABŞ-ın eks-prezidenti Donald Tramp bəyan edib ki, NATO Ukraynya yetərincə kömək etmir.

TASS agentliyinin Trampın «The Washington Post» qəzetinə verdiyi müsahibəyə istinadla xəbər verdiyi kimi, «çoxları hesab edirlər ki, NATO daha çox şey edə bilərdi».

Tramp həm də bəyan edib ki, Bayden hakimiyyəti neftin qiymətini aşağı salmalıdır ki, Ukraynadakı münaqişəyə son verilsin. «Nə zaman ki, neftin barreli 150 dollar olur və bahalaşma davam edirsə - qiymət elə həddə çatır ki, heç kim heç vaxt görməyib… Ona görə, ilk olaraq, onlar neftin qiymətini endirməlidirlər» - ABŞ-n keçmiş Prezidenti hesab edir.

Bundan əvvəl Tramp Bayden administrasiyasının daxili və xarici siyasətini tənqidə məruz qoyub. Onun fikrinə, Bayden administrasiyası Əfqanıstanda biabırçı kapitulyasiyaya və Ukrayna böhranına -təsəvvürə gəlməz miqyasda humanitar faciəyə yol verdi.

Bu zaman o, əminlik ifadə edib ki, Ukraynadakı hadisələrin qarşısını ala bilərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru