“Bu, Putinin ölümü və ya hakimiyyətdən getməsindən sonra mümkün olacaq” – Aleksey Arestoviç

11-04-2022, 09:11           
“Bu, Putinin ölümü və ya hakimiyyətdən getməsindən sonra mümkün olacaq” – Aleksey Arestoviç
Arestoviç Putinin ölümünün Ukraynaya nə üçün sərfəli olmadığını izah edib.

Sozcu.az xəbər verir ki. bu fikri “Mərkəz” YouTube kanalına müsahibəsində PA rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. O bildirib ki, Vladimir Putinin hakimiyyətdən getməsi liberalların hakimiyyətə gəlməsinə və Rusiyanın çiçəklənməyə başlamasına səbəb ola bilər.

Aretoviçin fikrincə, Ukrayna üçün ən pis variant müxalifət lideri Aleksey Navalnının həbsdən azad edilməsi və ya başqa bir müxalifət liderinin peyda olması olacaq. Bu, Putinin ölümü və ya hakimiyyətdən getməsindən sonra mümkün olacaq.

“Səbəbini izah edəcəyəm. Onlar həqiqətən də əsl parlamentarizm təşkil edəcəklər, bir neçə siyasi partiya olacaq. Onlar həqiqətən Qərblə razılaşacaqlar. Qərb razılaşmağa can atır. Onlardan sanksiyalar götürüləcək və dünya istehsalında yenidən yer tutmağa başlayacaqlar”, – Arestoviç izah edib.

PA rəhbərinin məsləhətçisinin fikrincə, bu, Rusiya Federasiyasına Qərb sivilizasiyasının bir hissəsi kimi digər ölkələrlə rəqabət aparmağa imkan verəcək.

“Qərb razıdır, çünki vəziyyətin normallaşmasının bütün formal əlamətlərini görür. Parlament işləyir, siyasi rəqabət, media işə başlayıb… Və bu liberal Rusiya o Rusiyanı çox sürətlə o yerə çatdıracaq ki, onunla rəqabət aparmaq bizim üçün çətin olacaq”, – deyə Arestoviç vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.