Andrey Yermak: “Rusiya yeni “feyk əməliyyatı”na başlayır”

12-04-2022, 09:08           
Andrey Yermak: “Rusiya yeni “feyk əməliyyatı”na başlayır”
“Rusiya müttəfiqlərimizin bizə verdiyi silahlarla bağlı “feyk əməliyyatı”na başlayıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak danışıb.

“Onlar müharibəni uduzduqlarını anlayırlar, geri qaldıqlarını görür və hər vasitə ilə silah təchizatını “vurmağ”a çalışırlar. Məsələn, ən son feyklərdən biri guya Slovakiyanın verdiyi S-300 zenit raket komplekslərinin məhv edilməsidir. Bu məlumatı artıq baş nazir Eduard Heqer təkzib edib.

Bundan sonra nə olacaq? Biz rusların ssenarilərini bilirik. Onlardan birini qeyd edim.

Onlar Ukrayna əsgərlərinin guya müttəfiqlərin silahları ilə təslim olduqları, həmin silahların kütləvi halda Rusiya ordusunun silahlanmasına keçdiyi iddia olunan feykləri işə sala bilər.

Mən dərhal belə “feyk”lər barədə xəbərdar etmək istəyirəm. Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin əlində olan silahlar düşmənləri yalnız o dünyaya göndərir”, - deyə A.Yermak bildirib.

Mənbə: Pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru