Deputatdan Mirşahinə cavab: “Əlində televiziya var...”

12-04-2022, 08:34           
Deputatdan Mirşahinə cavab: “Əlində televiziya var...”
“Yazıçının, musiqiçinin tribunası olmalıdır. Qütbləşmiş və siyasiləşmiş bir mühitdə bu imkanı heç kim yaratmaz. Öyüd-nəsihət və məsləhəti isə Mirşahin də daxil olmaqla çox adam verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Real TV-nin rəhbəri Mirşahin Ağayevin yazıçılarla bağlı tənqüidi fikirlərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, M. Ağayev yazıçıları tənqid edərək bu fikirləri səsləndirib: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?

Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim “den pobedimiz”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri”.

Etibar Əliyev deyib ki, o yazarların yerinə olsa Mirşahinə adekvat sual verər: “Əlində televiziya var. Yaradıcılığa aid bir veriliş yarat, özümüz gələk danışaq. Yaxud ədəbiyyatın və musiqinin vəziyyətinin təhlilini aparaq”.

Yazıçının, musiqiçinin tribunası olmalıdır. Qütbləşmiş və siyasiləşmiş bir mühitdə bu imkanı heç kim yaratmaz. Öyüd-nəsihət və məsləhəti isə Mirşahin də daxil olmaqla çox adam verir.

Allah Xudayara Rəhmət eləsin, yaxşı ki, öz nəğməsini oxumaqla məşhur mahnıya yeni ruh verdi...

Xudayarın mahnısı musiqidə yeni cığırlar açıb. Televiziyalar cığırları ot basmağa qoymamalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.