“Məqsəd Putini devirməkdir...”

12-04-2022, 08:58           
“Məqsəd Putini devirməkdir...”
"Qərbin siyasəti Ukraynada xüsusi əməliyyatı dayandırmağa deyil, Rusiyada vətəndaşlara sanksiya təzyiqinin köməyi ilə hakimiyyəti devirməyə yönəlib”.

Bunu politoloq Sergey Markov deyib. SİA bununla bağlı rus saytlarına istinad edir.

...Bu gün Qərbin məqsədi Rusiya ordusunun Ukrayna ərazisindən çıxarmaq deyil. Əslində bu onlar üçün elə də bir önəm kəsb eləmir. Bu gün Qərbin ən ümdə vəzifəsi Vladimir Putini devirməkdir.

Qeyd edək ki, Sergey Markov bunu “360” telekanalına verdiyi aşıqlamada bildirib

Onun sözlərinə görə, Qərbin sanksiyaları ruslara qarşı yönəlib, çünki onlar Rusiya Federasiyasında hökuməti devirmək istəyirlər.

“Onlar istəyirlər ki, Rusiya əhalisi ciddi əziyyət çəksin... bildiyiniz kimi, bu gün Rusiyaya qarşə tətbiq edilən sanksiyalar ölkədə həyat səviyyəsi aşağı salır ki, bu da əhali arasında bir çox problemlərə yol açır”.-bunu da Markov deyib.

O, həmçinin onu da qeyd edib ki, Qərb ölkələri rus vətəndaşların özlərini təhlükəsiz hiss etməməsini istəyirlər. Ona görə də onlar öz terror üsullarını Ukrayndan Rusiya ərazisinə köçürməyə çalışaraq rus torpaqlarında terror aktları törətməyə çalışırlar.

...Və sonra da desinlər ki, Rusiya hakimiyyəti öz vətəndaşlarını öz bəhanəsi ilə öldürür və s.

Rusiyalı siyasətçi dediyini əsaslamdırmaq üçün ABŞ prezidenti Cozef Baydenin bir müddət əvvəl Putinin hakimiyyətdə qala bilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.