“Kəmaləddin Heydərov Heydər Əliyevin ruhuna xəyanət etmiş birisidir” - İTTİHAM VAR!

16-08-2022, 19:20           
“Kəmaləddin Heydərov Heydər Əliyevin ruhuna xəyanət etmiş birisidir” -
“Bilirsiz, bizim vəzifə adamlarına bir əcaib tendesiya hakim olub ki, bunlar mütləq kabinetdə ölməlidir”. TEREF xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında keçmiş millət vəkili Etibar Hüseynov FHN-lə bağlı qalmaqala münasibət bildirərkən deyib. O, qeyd edib ki, Kəmaləddin Heydərov 30 ildir ki, ölkənin ən gəlirli nazirliklərinə rəhbərlik edir:

“Ay qardaş, bəsdir də. Çıx get, özünə bir biznes şəbəkəsi yaradıb, başını qat da. Yığdıqlarını xərclə, gör qurtaracaqmı? Niyə hamınız ömürlük nazir olmaq istəyirsiz axı?

Gömrükdə işlədiyi vaxt hansı əməllər etdiyi ilə bağlı rəhmətlik Heydər Əliyevin ona dediklərini hamınız görübsünüz.

FHN-də də "uğurları" göz qabağındadır. Bütün hadisələr vaxtı özlərini gülünc vəziyyətə qoyublar.

Kəmaləddin Heydərov bəlkə də uğurlu bəstəkardır. Hərgah ki, mahnılarını da pulla başqa bəstəkarlardan aldığı haqda həmişə müxtəlif söhbətlər gəzib. Amma hər nədirsə öz yerində olmaması ortalıqdadır.

Bunu dəfələrlə yazmışam. Təfərrüatına hələlik varmayacam - amma Kəmalləddin Heydərov Heydər Əliyevin ruhuna xəyanət etmiş birisidir. Bu barədə hələ ki, danışmaq istəmirəm. Amma nə vaxtsa mütləq açıqlayacam.

Söhbətin nədən getdiyini özü də bilir. Bu adam başdan ayağa saxtakar, yalançı, riyakardı. Oğlanları Hərbi Səfərbərlik qarşısında könüllü kimi şəkil paylaşdı. Bir ay sonra müharibə başlayanda isə qaçıb gizləndilər. Əslində, Kamal elə o rəzalətdən sonra istefa verib getməliydi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.