Braziliyanın baş məşqçisi Azərbaycan futbolunu ƏLƏ SALDI - "Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur"

16-08-2022, 20:00           
Braziliyanın baş məşqçisi Azərbaycan futbolunu ƏLƏ SALDI -
Braziliya futbol millisinin baş məşqçisi Tite bir neçə ay əvvəl “PSJ” fransalı hücumçusu Kilian Mbappenin Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsinin Avropadakından daha asan olacağı və qitə futbolunun Avropa futbolu qədər “inkişaf etmədiyi” ilə bağlı açıqlamalarını şərh edib.
TEREF yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə “ESPN”ə müsahibəsində danışıb.
Tite Mbappe ilə tamamilə razılaşmayaraq bildirib ki, Cənubi Amerika komandaları arasında duellər köhnə qitədəkindən qat-qat çətin və balanslıdır:
“Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru