Bu əraziləri təcili NƏZARƏTƏ GÖTÜRMƏLİYİK - ÇAĞIRIŞ
17-08-2022, 12:19
Azərbaycanın Ermənistan üzərindəki Qələbəsinin əsas faktorlarından biri də İrəvanın yarasız Rusiya silahlarına üstünlük verməsindən ibarət idi. Ümumilikdə Kremlə arxayın olan İrəvanın siyasi vektornun istiqaməti də tam yanlış idi. 30 il (əslində 200 il) rus ilə eyni “yataq”da olan Ermənistan bu gün bir ucu Hindistana qədər gedib çıxan təzə tərəfdaş axtarışındadır. Çünki, İrəvan üçün Rusiya artıq “batan gəmi” rolunu ifa edir və bu gəmini ilk tərk edən də məhz Ermənistandır.
Rusiya Federasiyasının qismən yanında yalnız ondan pulsuz silah (əslində metallom) alan Kuba, Venesuela, Suriya, Ermənistan mövcuddur. Rusiya Prezidenti V.Putin son çıxışında müttəfiq ölkələr siyahısında Ermənistanın adını çəkməməsi də maraqlı faktdır. Görünür rusun pulsuz silah həcmi azaldıqca, müttəfiqlərin də sayı da azalır.
Bu ölkələrdən heç biri Kremli pulsuz silah olmadan “sevə” bilmir. Adı çəkilənlər əslində Kremli deyil, onun silah yardımlarını daha çox bəyənir. Amma bu silahların həm ötürülməsi məhdudlaşıb, həm də texniki imkanlar baxımından artıq bir işə yaramır. Hazırda ABŞ-ın 1990-cı illərdə hazırladığı HIMARS və M-777 artilleriya sistemləri Ukraynada rus qoşunlarına ciddi narahatlıq yaradır. HİMARS-a qarşı rusların müdafiə qabiliyyəti yox səviyyəsindədir.
Əvvəllər də rus silahlarının istehsalçıları tərəfindən elan olunan xüsusiyyətlərin şüşirdilməsi və həqiqətə uyğun olmaması barədə çox yazmışam. Biz rus silahlarının Tükiyə və İsrail sistemləri qarşısında zəifliyini 44 günlük Vətən Müharibəsi zamanı da gördük. Ermənistan ordusu üçün bu silahları alınmasını (əslində kredit adı altında gətirilməsini) bu gün hamıdan çox revanşdan danışan Robert Köçəryan və Serj Sarkisyan həyata keçirib. Səhv olaraq silah adlandırılan rus metallomunu kütləvi şəkildə kreditlə alınması ənənəsini məhz bu iki uşaq qatilləri start verib. Azərbaycan isə Vətən Müharibəsində əsasən Avropa, Türkiyə və İsrail silahlarına üstünlük verdi. Nəticə də hamıya məlumdur. Azərbaycan həm də bəzi rus silahlarını ümumiyyətlə Vətən Müharibəsində tətbiq etmədi.
Rusiya Ermənistana verdiyi silahlar qarşılığında İrəvana qarşı siyasi təzyiqlərini indi də davam etdirir. Nəticədə Ermənistan yararsız KTMT-yə, ölü doğulmuş Gömrük İttifaqına və Aİİ-yə sürükləndi. YUeni reallıqlar fonunda bu layihələr yəqin ki, zamanla qapalı elan olunacaq. Ermənistanın hadisələri qabağlayıb vaxtından əvvəl bu təşkilatlardan çıxmasına belə ehtiyac yoxdur. Əslində İrəvanda bu addımı atacaq iqtidar da gözə dəymir.
Prezident V.Putin son çıxışında Rusiyanın müttəfiqləri sırasında Ermənistanın adını çəkmədi. Ermənistanda hazırda Rusiyanın dağılmasını və ya vaxtından əvvəl rus hərbi bazasının ölkədən çıxarılmasını arzu və tələb edənlər artır. Azərbaycan Prezidenti İ.Əliyev isə “mülki ermənilərin Azərbaycanda yaşaya biləcəyi və kimsənin Qarabağın erməni silahlılarından təmizlənməsində ona mane ola bilməyəcəyini” həm bəyan etdi, həm də bu bəyanatı Fərrux, Sarıbaba, Qırxqız və Buzdux ərazisində əyani olaraq nümayiş etdirdi. Erməni tərəfi isə bu xoşniyyətli bəyanata Azərbaycan ərazilərinin, meşələrin və azərbaycanlılara məxsus evlərin yandırılması ilə reaksiya verdi. Tamamilə əminəm ki, Laçındakı bəzi ermənilərin bu barbarlıq fəaliyyətləri cəzasız qalmayacaq. Bunun üçün Azərbaycan Ordusu rusların nəzarətində olan ərazilərdə ermənilərin vandallıq fəaliyyətlərinin qarşısını almaq üçün bu əraziləri təcili nəzarətə götürməlidir.
Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//