"O xəstə uşağın pulu burnundan töküləcək" - Elgiz Əkbər
3-10-2022, 10:16
"Toy olsun"u elə formada etdik ki, ata, ana öz qızını gətirib bizə həvalə edirdi. Orada səmimiyyət yaratdıq. Normal həyatda belə hadisələr necə cərəyan edirdisə, efirdə də elə olurdu. Proqramın sonunda isə bəzi hadisələr baş verdi: evliliyə hazır olmayan, layiq olmayan xanımlar gəldi və inamsızlıq yarandı. Bunu etiraf edirəm. Gərək bəzi adamları efirə çıxarmayaydıq".
Teref.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər həmkarı Ülvira Qarayevanın "Astar" yutub layihəsində deyib. O, illər əvvəl yayımlanan "Toy Olsun" evlilik proqramının bağlanma səbəbini açıqlayıb.
Elgiz aparıcının "Verilişlərdə pullar yığılırdı. Sosial şəbəkələrdə yazıldı, araşdırıldı ki, pullar mənimsənilir: yaradıcı heyətin, ya da televiziyanın cibində qalıb" sözlərinə "Mənim adımı orada gördünüz? Necə danışım? Allahdan qorxuram. Mənim həyatda bircə qızım, balam var. Təsəvvür edin, başqa insanın xəstə balasının pulunu gətirim balama xərcləyirəm. Bilirsiniz bu, dəhşətdir, faciədir. Bilmirəm kim edib, inanmıram da ediblər. Kimsə edibsə... Xəstə uşaq çapalasın, sən götür onun pulunu ye. Yaxud, xəstə uşaqdan istifadə et, pul qazan. Bunu yemək olmaz. Təkcə televiziya sahəsi yox, məmur da, müəllim də olar. Yeyirsə, irin olub burnundan töküləcək. Özünün burnundan da tökülməsə də, balanın burnundan töküləcək. Necə o namussuzluğu edərəm? Özümü həmin gün öldürərəm. Mənim o pula ehtiyacım belə yoxdur".
Elgiz bildirib ki, onu imkansız kimi göstərməyə çalışırlar:
"Məni kasıb, pulsuz adam kimi qələmə verməyə çalışırlar. 20 ildir işləyirəm: ən çox sponsorlu, marka verilişlərin aparıcısı olmuşam. Niyə acından ölüm? Yeni tikili binada evim, bağım, avtomobilim, sürücüm, uşağımın dayəsi də var. Show TV-yə getmişdim, aparıcılar 350 minlik maşınla gəlirdi. Acından ölən aparıcı deyiləm".