“Mir Şahin “Bütün Qafqazın şeyxi” adını ortaya atıb hamıya əzbərlətdi” - Rafiq Əliyev
5-10-2022, 16:29
“Məscidlərə imamların təyin olunması Dini Komitənin (DQİDK) öhdəliyinə verilib. Amma bundan asılı olmayara, şiələrin çox olduğu məscidlərdə şiə imamları, sünnilərin çox olduğu ibadət yerlərində də sünni imamları təyin olunur. İndi də yəqin ki, Dini Komitə imamları təyin edəndə bu halları nəzərə alır. Mən DQİDK sədri olanda həmin axundların oxuduğu moizələrin mövzuları müəyyənləşdirilirdi. Yəni nə vaxt hansı mövzuda xütbələrin oxunması hesaba alınırdı”.
Bu sözləri Yenisabah.az-a “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfi elmləri doktoru Rafiq Əliyev deyib.
O fikirlərinə belə davam edib:
“İlboyu bu moizələrin mövzuları təyin edilirdi. Çünki həm dini, həm dövlətin tarixləri var. Hər ayda 4 dənə mövzu oxunur. Ümumilikdə 48 mövzu edirdi. Bunların hamısını müəyyyənləşdirmişdik. Oxunan mövzuların da əksəriyyəti ölkənin dini tarixi və problemləriylə bağlı idi. QMİ-nin təyin etdiyi imamların da moizələrini DQİDK müəyyənləşdirirdi. Komitə onları QMİ ilə razılaşdırırdı. Amma tarixi günlərimizi, şəxsiyyətlərimizin bəzilərinin anım günləri, bundan başqa, ölkənin mədəniyyət tarixiinə verilən töhfələrə dair mövzular olanda da QMİ onlara mane olmurdu. Çünki onlara mane olmaq dövlətin əleyhinə çıxmaq kimi dəyərləndirilirdi”.
Keçmiş komitə sədri hazırda dövlət və din münasibətlərinin çətin olduğunu vurğulayıb:
“İmamları QMİ təyin etsə də, onların təyinatıyla bağlı məsləhətləşmələri komitə ilə aparılırdı. Məsələn, təhlükəli məscidlərdə hansı imamı təyin etməni DQİDK ilə razılaşdırırdılar. Yüksək səviyyəli imamları istənilən məscidə təyin etmək olar. Çünki onların dövlətlə münasibətləri çox yüksək səviyyədədir.
Son 12 ildə dövlətlə din arası münasibətlər bir az çətinləşib. Bu da qonşu dövlətlərin təsiri ilə əlaqəlidir. Həmin imamlar xütbələrində təsir altında düşdükləri şəxslərin yazdıqlarını oxuyurlar”.
Rafiq Əliyev imamların İslam ölkələrində təhsil alması məsələsinə toxunub:
“2006-cı ildən imamların hər hansı əcnəbi İslam ölkələrində təhsil alması qadağan edilib. Başqa dövlətlərdə təhsil alan tələbələrin də heç birinin məscidlərdə imam kimi təyin olunmasına icazə verilmirdi. Qaydaya görə imamlar ilahiyyat fakültəsini qurtarmalıdır. QMİ türklərdən təhsil alan tələbələrin də imam kimi fəaliyyətinə mane olurdu. Bu da onların işsiz qalmasına səbəb olurdu. Həmin tələbələr də jurnalist kimi və ya başqa fəaliyyət sahəsiylə məşğul olurdular”.
Sonda Rafiq Əliyev belə cavablandırıb:
“QMİ şiələrə xidmət edirdi. Şeyxülislam bütün dindarların, amma şiələrin şeyxidir. Onun müavini Salman bəy isə Gürcüstanda sünni imamların təyin olunmasında səlahiyyətli şəxs idi xidmət edirdi. Çünki o gürcüstanlıydı, o da QMİ-yə tabe idi. Təxminən, 10-15 il əvvəl Gürcüstan öz İslam idarəsinin əsasını qoydular. Biz də indi Azərbaycan Müsəlmanları İdarəsi gedir. Çünki Qafqazın heç bir idarəsi bizə tabe deyil. İdarənin adı əvvəl Zaqafqaziya Müsəlmanları İdarəsi idi. 1991-ci ildə Çeçenistan Respublika olandan sonra şeyxi də orada QMİ-nin Elmi Dini Şurasına sədr seçdik. Bu vəzifəyə hər il yeni şeyx seçilməliydi. Bu da olmadı. 1993-cü ildə müharibə başlayandan sonra heç nə dəyişmədişə, bu sadəcə fəxri addır. O, Qafqaz müsəlmanlarının şeyxi deyil. Qafqaz müsəlmanları elmi dini şurasının sədri idi. Mir Şahin “Bütün Qafqazın şeyxi” adını ortaya atıb hamıya əzbərlətdi”.